Siyasət

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü gözlənilir

11 Oktyabr 2021 12:46
0 Şərh     Baxış: 931

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən Milli.Az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.