“İsrael HaYom”: İsrail PUA-larının alınması və uğurlu istifadəsi ermənilər üçün gözlənilməz və heyrətli oldu
Bu gün Azərbaycan regionda böyük qüvvə, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideridir. Onun iştirakı olmadan regionda heç bir geosiyasi və geoiqtisadi layihənin həyata keçirilməsi mümkün deyil. Cənubi Qafqaz regionunda müəyyən geosiyasi problemlər olmasına baxmayaraq İsrail və Azərbaycan möhkəm strateji və sarsılmaz siyasi, iqtisadi və hərbi-texniki tərəfdaşlıq qurmağa nail olublar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Şmuel Din Elmasın İsraildə çıxan aparıcı ivritdilli "İsrael HaYom" qəzetində dərc olunmuş "İsraildə istehsal edilmiş, İkinci Qarabağ müharibəsində hərbi üstünlüyü təmin etmiş pilotsuz uçuş aparatları erməniləri heyrətləndirmişdi" sərlövhəli məqaləsi bu mövzuya həsr edilib.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Nasionalnaya oborona" jurnalına müsahibəsində müasir İsrail silahının İkinci Qarabağ müharibəsində əsl inqilab olduğunu vurğulayıb.
Elmas yazır ki, İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə qeyd edildiyi kimi, 44 günlük müharibə dövründə Azərbaycan Silahlı Qüvvələrində İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından səmərəli istifadə edilib və Ermənistan bu silaha cavab tapa bilməyib.
Prezident İlham Əliyev deyib: "Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Lakin dediyim məsələyə qayıdaraq əlavə edirəm ki, biz həmin münaqişəni gərginləşdirmədik, çünki bizim genişmiqyaslı hərbi əməliyyatlar aparmaq niyyətimiz yox idi. Buna görə bu əməliyyat tez başa çatdı. Sonradan biz başqa aparatlar da almağa başladıq, yəni 2016-cı ilin aprelində biz "Harop" PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, "Sky Striker" almağa başladıq. İndi bu, heç kəs üçün sirr deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kəşfiyyat, həm də döyüş təyinatlı "Orbiter" PUA-ları da aldıq. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsala başlayan kimi mənim fikrimcə, biz "Bayraktar TB2"lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kəşfiyyat, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli olduğunu göstərdi". Onun fikrincə, pilotsuz uçuş aparatlarında döyüş şəraitində istifadə edilməsini əlaqələndirmək və sinxronlaşdırmaq zəruri idi.
Prezident İlham Əliyev deyib: "Bayraktar"lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi. Onların hədəflərinin siyahısı da fərqli idi, çünki kəşfiyyat xarakterli döyüş sursatının məhvedici qüvvəsi "Roketsan" raketinin qüvvəsindən yüksəkdir. Buna görə də strateji, iri hədəflər "Harop" ilə, zirehli texnika və digər hədəflər isə əsasən "Bayraktar TB2"lərlə məhv edilirdi. Lakin bildiyiniz kimi, "Harop" birdəfəlik istifadə silahıdır, ona görə də biz "Harop" ilə zərbə endirəcəyimiz hədəfləri çox diqqətlə seçirdik".
Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut "İsrael HaYom" nəşrinə müsahibəsində İsrail-Azərbaycan tərəfdaşlığından söhbət açaraq üzrə deyib: "İsrail Bakı üçün silahların fəal tədarükçüsüdür".
Arye Qut vurğulayıb: "Bu gün Azərbaycan xalqı Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçmiş Azərbaycan əsgərlərinin və zabitlərinin ilk Anım Gününü qeyd edəcək. Onların rəşadəti və igidliyi sayəsində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib. Prezident İlham Əliyev dəfələrlə təsdiq edib ki, İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq etibarlı və hər iki tərəf üçün qarşılıqlı faydalıdır.
Bu gün İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakter daşıyır, bizdə dövlətlərarası siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək səviyyədədir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)





