Azərbaycan ermənilərin işğal dövründə viran qoyduğu əraziləri yenidən qurur - Deputat
30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdəki 9 şəhəri və yüzlərlə kəndi yerlə-yeksan etmiş, İslam dininə məxsus 67 məsciddən 65-ni tam dağıtmış, digərlərində isə donuz saxlamaqla dünya müsəlmanlarını təhqir etmişdi. Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etməklə ermənilərin viran qoyduğu əraziləri yenidən qurur və bərpa edir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında geniş formatda çıxış edərək bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb: "Cənab Prezident İlham Əliyev BMT-nin ali tribunasından bildirdi ki, Ermənistanın ratifikasiya etdiyi Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozaraq Yaxın Şərqdən erməni əsilli şəxslərin Azərbaycan torpaqlarına süni məskunlaşdırılması bu ölkənin beynəlxalq sənədlərə məhəl qoymamasının göstəricisidir. Bu, həm də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməkdə məqsədinin nədən ibarət olduğunun izahıdır.
Azərbaycan isə öz doğma torpaqlarını işğaldan azad edərək ermənilərin viran qoyduğu ərazilərini yenidən qurur və bərpa edir. Bu məqsədlə dağıdılmış şəhərlərin Baş planlarının tərtib edildiyinin və "ağıllı şəhər", "ağıllı kənd" layihələri üzrə bərpa işlərinin sürətlə aparıldığının, görülən bütün işlərin Azərbaycanın öz gücü hesabına həyata keçirildiyinin səsləndirilməsi cənab Prezident tərəfindən BMT tribunasından Azərbaycanın iqtisadi gücü haqqında məlumatın çatdırılması deməkdir".
A.Badamov əlavə edib ki, Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır: "Ona görə də 10 noyabrda üçtərəfli bəyanata imza atıb. Azərbaycan qarşı tərəfə sülhlə bağlı gündəliyi təqdim etmişdir. Ermənistanın isə bu istiqamətdə hər hansı bir addım atmaması regionda sülhün və əməkdaşlığın yaranmasına mane olması deməkdir. Sonda qeyd etmək istəyirəm ki, cənab Prezidentin BMT-dəki çıxışı informasiya müharibəsində də bizim qalibiyyətimiz deməkdir. Artıq dünya Azərbaycanın və Ermənistanın niyyəti və məqsədləri haqqında tam məlumatlıdır. Ədalət Azərbaycanın tərəfindədir, qalib də Azərbaycandır".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi





