Siyasət

Türkiyənin yanımızda olması bizə güc verir - Zakir Həsənov

15 Sentyabr 2021 13:59
Baxış: 436

Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu müdafiə naziri Zakir Həsənov Konyada "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, müharibə zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:

"Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi".

Milli.Az 

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.