Paşinyanın bu addımını Moskva anlayışla qarşıladı - ÖZƏL
"Şəxsən mən hər ölkədə rəsmi səfər çərçivəsində ziyarət ediləcək bir yer və ya bəzi obyektlərin olduğunu düşünürəm. Məsələn, məmurlar dövlət səfərində Ermənistanda olduqda, Tsitsernakaberd kompleksini ziyarət etdikləri kimi. Hansi ki, bu abidə Ermənistanın və diasporanın bu ölkənin qonşularına ərazi iddialarını simvollaşdırır".
Bunu Milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı ekspert bildirib ki, Paşinyan Gürcüstana rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi:
"Anladığım qədərilə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində həlak olan bu ölkə vətəndaşlarının məzarını ziyarət etmək rəsmi hadisələr sırasındadır. Habelə bu ölkənin qonşularına ərazi iddialarının "nəticəsi" olan İrəvandakı hərbi qəbiristanlığı ziyarət etmək, xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərinin tərkib hissəsidir.
Xarici rəsmilər, hətta Almaniya nümayəndələri də daxil olmaqla, Moskvaya səfər edərkən, rəsmi olaraq Kreml divarının yaxınlığındakı Alexander Parkdakı naməlum əsgərin məzarına gedirlər və bu heç kimdə heç bir psixoloji gərginliyə səbəb olmur. Buna görə də, Paşinyanın Gürcüstana rəsmi səfərinin protokolunda nəzərdə tutulubsa, bu hərbi abidəni ziyarətində fövqəltəbii və xüsusi bir şey görmürəm. Bu vəziyyətdə ziyarət etməmək suallar doğurardı və bəlkə də diplomatik skandala səbəb olardı. Düşünürəm ki, bu, Moskvada da anlayışla qarşılanır. Çünki bu ziyarət rəsmi səfər çərçivəsində tamamilə başa düşülən bir elementdir.

Buna görə də demarş adlandıra bilmədiyim bu addımın Rusiya-Ermənistan münasibətlərində heç bir əks-nəticəsi yoxdur. Xatırladığım qədərilə, 2015-ci ildə İrəvana rəsmi səfəri zamanı prezident Vladimir Putin də Tsitsarnokabert abidəsini ziyarət etmişdi və sonra Bakıya etdiyi səfərlər zamanı Prezident İlham Əliyevlə bütün görüşlərində Azərbaycanın dövlət başçısı onun bu addımına narazılıq ifadə etmədi. Çünki hamımız başa düşürük ki, ölkələrin ən yüksək vəzifəli şəxsləri digər dövlətləri ziyarət edərkən öz hərəkətlərində sərbəst deyillər, qəbul edən tərəfin tərtib etdiyi diplomatik protokola riayət edirlər və bu mənada Paşinyan rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var





