Ermənistanın məğlubiyyəti Rusiyaya ciddi XƏBƏRDARLIQ OLMALIDIR - Amerikalı ekspertdən ÖZƏL AÇIQLAMA
"Ermənistanın 44 günlük muharibədəki uğursuzluğu Rusiya üçün ciddi bir xəbərdarlıqdır. Rusiya indi Ermənistana hərbi dəstək verməkdən daha çox nəzarət etməyə çalışır".
Bunu Milli.Az-a açıqlamasında iyulun 20-dən Moskvada Rusiya və Azərbaycan Prezidentlərinin ikitərəfli görüşünü şərh edən amerikalı analitik İrina Tsukerman deyib.
Amerikalı ekspert bildirib ki, Ermənistan hakimiyyəti sərhəddəki təxribatlarla ictimaiyyət arasında revanşistləri və populistləri razı salmağa çalışır:
"Ermənistan hökuməti Qarabağ münaqişəsinin sona çatması ilə bağlı şizofrenik davranır. Bir tərəfdən, Dağlıq Qarabağ üzrə məsələ ilə bağlı daxili mübahisəni uzadan xüsusi komissiyanın yaradılmasını rədd edirlər və ümumilikdə hərbi əməliyyatların nəticələrini möhkəmləndirən və üçtərəfli bəyanatın həyata keçirilməsinə töhfə verən bütün rəsmi tədbirləri qəbul edirlər. Amma digər tərəfdən sirli sərhəd təxribatları və üçtərəfli sazişin pozulması qeyri-rəsmi olaraq davam edir. Göründüyü kimi, Ermənistan parlamenti fərqli auditoriyalara qarışıq tədbirlər göndərərək, AB və ATƏT-i münaqişənin şərtlərini rəsmən qəbul etməklə təəccübləndirir, digər tərəfdən qanunsuz əməlləri, təxribat meyilli addımları ilə ictimaiyyət arasında revanşistləri və populistləri razı salmağa çalışır.
Parlamentin bu qərəzli komissiyanı rədd etməsi İrəvanla Bakı arasındakı münasibətləri dövlət səviyyəsində irəliyə aparacaq müsbət bir işarədir. Ancaq rəsmi İrəvan üçtərəfli razılaşmanı tam şəkildə yerinə yetirməyincə, təxribatçı və ehtiyatsız hərəkətlərə son qoyulana qədər Ermənistan və Azərbaycan arasındakı sülh sazişi soyuq, inamsız, şübhəli və potensial pozuntuların kənarında qalacaq".
Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Dağlıq Qarabağla bağlı komissiya yaradılması təklifini rədd edib. Məsələ "Hayastan" fraksiyasının deputatı Ağvan Vardanyan tərəfindən qaldırılıb. Dövlət-hüquq məsələləri komissiyasında səsverməyə çıxarılan təklif qəbul olunmayıb.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





