Havadarları Ermənistanı təxribatçı addımlar atmağa sövq edir
"Son vaxtlar istər dövlət sərhəddi, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri istiqamətindən intensivləşən erməni hərbi təxribatlarının arxasında bir sıra səbəblər dayanır"
Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq artan erməni təxribatlarının səbəbləri barədə bunları qeyd edib:
"Səbəblərdən biri odur ki, Ermənistan rəhbərliyi hələ də aktiv münaqişə fazasının olduğu görüntüsünü yaratmaqla beynəlxalq birliyi guya münaqişənin hələ də başa çatmadığı istiqamətində aldatmağa çalışır. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Moskvada verdiyi təxribatçı bəyanatlar da onu göstərir ki, Ermənistan 44 günlük müharibənin nəticəsində cəhənnəmə vasil olan status məsələsini qabartmaqla münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Qarabağda separatçı ünsürlərin son günlər fəallaşması da bu amillə əlaqədardır. Ümumiyyətlə, Ermənistan mərkəzi hakimiyyəti ilə Qarabağdakı terrorçuların sinxron şəkildə fəaliyyət göstərdiyi müşahidə olunmaqdadır. Görünür, 44 günlük müharibə Ermənistan üçün yetərli dərs olmayıb.
Başqa bir ehtimal xaricdəki havadarlarının Ermənistanı təxribatçı addımlar atmağa sövq etməsi ilə bağlıdır. Aydın məsələdir ki, münaqişənin başa çatması imperialist güc mərkəzlərini qane edə bilməz. Münaqişə faktorundan regionda təsir imkanları qazanmaq üçün istifadə edən bu mərkəzlər Qarabağ ətrafında qarşıdurma və ziddiyyətlərin artmasında maraqlıdırlar. Bu baxımdan, onsuzda müstəqil olmayan Ermənistan dövlətinin xaricdən gələn sifarişlər əsasında təxribatlar törətdiyini söyləyə bilərik.
Azərbaycan isə istənilən şəraitdə öz milli təhlükəsizliyini ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Ən müasir silahların Ordumuzun arsenalına daxil edilməsi prosesi davam etdirilir. Ölkəmizdə həmişə olduğu kimi möhkəm həmrəylik mövcuddur. Cənab Prezidentimizin də ifadə etdiyi kimi dəmir yumruğumuz yerindədir. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş istənilən təhdidi dərhal neytrallaşdıra bilərik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
Məşhur qarğıdalı satan oğlanın rus qızına hərəkəti müzakirə yaratdı - (Video)
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib
-
Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Rus turisti Türkiyədə 5 ulduzlu oteldə soydular - (Video)
-
Bayıl və Badamdarda qaz olmayacaq
-
Samir Bağırov uzun müddət sonra (Video)
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin (Videosu)
-
Enes Ünal İspaniyaya qayıdır





