Siyasət

Ceyhun Bayramov Samr Şah ilə görüşdü

31 Avqust 2021 20:22
Baxış: 780

31 avqust 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Britaniya Şurasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Samr Şahın ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edən nazir Ceyhun Bayramov, 28 ildir ki, ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

Nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi bir mərhələdə ölkəmizdə fəaliyyət göstərən Samr Şaha gələcək işlərində uğurlar arzulayıb, habelə Britaniya Şurasının ölkəmiz üzrə Nümayəndəliyinin yeni rəhbəri ilə də faydalı və məhsuldar əməkdaşlığın həyata keçiriləcəyinə inam ifadə edib.

Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işlərdən məmnunluqla danışıb, bu xüsusda xoş xatirələri ilə bölüşüb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.