Siyasət

Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanmış daha üç Azərbaycan idmançısını təbrik edib

28 Avqust 2021 15:48
Baxış: 809

Prezident İlham Əliyev "Tokio-2020" Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi ilə bağlı növbəti paylaşım edib.

Milli.Az bildirir ki, ölkə Prezidentinin "Twitter" hesabında paylaşdığı təbrikdə deyilir:

"Tokio-2020" Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.