Siyasət

Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib

27 Avqust 2021 16:30
Baxış: 1 196

Qazaxıstanın cənubundakı Jambıl vilayətində hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirib.

Milli.Az-ən məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində yazılıb.

Nazirlik bildirib: "Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralananlara şəfa diləyirik".

Xatırladaq ki, ötən gün Jambul vilayətində hərbi hissənin silah anbarında baş vermiş partlayışda 9 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.