Zəngəzurda yeni hərbi hissə yaradıldı, manyak və narkobaron komandir oldu
Ermənistan prezidenti Armen Sarkisyan Zəngazurda "Xüsusi Korpus"un yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, xüsusi korpusun komandanı postuna general-mayor Artak Budaqyan təyin olunub.
Xüsusi korpus Ermənistan Müdafiə Nazirliyinin Zəngəzurdakı 1-ci korpusu ilə 4-cü korpusun bəzi hərbi hissələrinin birləşməsindən ibarət olacaq.
A.Budaqyan 2019-cu ilin dekabrında 4-cü korpusun komandiri təyin edilmişdi. Həmin dönəmdə polkovnik olan A.Budaqyan 1-ci korpusun alay komandiri olduğu vaxt, Azərbaycanın işğal altındakı Əsgəran rayonunda narkoplantasiyalara nəzarət edir, narkoticarətlə məşğul olurdu.
O vaxt Ermənistan prezidenti Serj Sarqsyan və Qarabağdakı separatçıların həmin dövrdəki lideri Bako Saakyanın rəhbərlik etdikləri narkoşəbəkəyə Budaqyandan savayı Zəngəzurun sabiq qubernatoru Suren Xaçatryan və oğlu Tiqran Xaçatryan, habelə Artak Budaqyanın kiçik qardaşı, Gorus meri postuna sabiq namizəd Avetik Budaqyan da daxil idilər.
Narkoşəbəkə 2013-cü ilin iyunun 2-də ifşa olunmuşdu. Suren Xaçatryanın villasının həkətindəki atışmada Avetik Budaqyan güllələnərək qətlə yetirilmiş, Artak Budaqyan isə ağır yaralanmışdı.

Tiqran Xaçatryan və onun cangüdəni Zarzand Nikoqosyan isə həbs edilmişdilər.
O dönəmdə polkovnik olan A.Budaqyan insan həyatına ağır xəsarətlər törətməkdə suçlansa da, müdafiə naziri Seyran Ohanyanla Bako Saakyanın müdaxiləsi nəticəsində həbsdən yayınmışdı.
Cinayət işi də qapadılmışdı.
Alay komandiri olan zaman Artak Budaqyan 2012-ci ildə müqavilə əsasında hərbi xidmətdə olan Armine Martirosyana təcavüz etmişdi.
Martirosyanın şikayətindən sonra Artak Budaqyan vəzifəsindən kənarlaşdırılsa da, sonradan əlaqələrini işə salaraq yenidən alay komandiri olmuşdu.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanda böyük investisiya mərhələsi: Regionun iqtisadi gələcəyi yenidən qurulur
-
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir - (Foto)
-
Ərdoğan Məkkə Sazişi bqarədə: Birimizin təhlükəsizliyi hamımızın təhlükəsizliyidir
-
Naxçıvan sahibkarları üçün hansı güzəştlər nəzərdə tutulur?
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
İsveçdəki səfirimiz dəyişdirildi
XƏBƏR LENTİ
-
İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları
-
Ulduz futbolçu ondan ötrü 1-ci arvadını boşayıb yenidən evlənib - (Fotolar)
-
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?
-
Avtomobil almaq istəyən şəxsi belə aldatdılar - (Video)
-
57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı - (Foto)
-
Ağ Evin mətbuat katibi vəzifəsindən gedir
-
Bu ilin son Günəş tutulması başa çatıb - Yenilənib
-
Xavi Niderland millisinin baş məşqçisi təyin olundu
-
“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev
-
Bakıda qəribə hadisə: qaz borusundan su gəlir - (Video)
-
Murad Yıldırımın ikinci övladı olacaq (Foto)
-
Abşeronda 33 yaşlı kişi bıçaqlandı
-
Robert De Niro Azərbaycana gəlir
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
"Atletiko" Alvaresi əvəz etmək üçün namizəd tapıb
-
Şəmkirdə kişi həmyerlisini qətlə yetirib
-
Mömünə xatun türbəsinin bərpası bir neçə il davam edəcək – Erix Pummer (Foto/Video)
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Rus turisti Türkiyədə 5 ulduzlu oteldə soydular - (Video)
-
Bayıl və Badamdarda qaz olmayacaq
-
Samir Bağırov uzun müddət sonra (Video)
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş verən insidentin (Videosu)
-
Enes Ünal İspaniyaya qayıdır
-
Yevlaxda ağır qəza - 2 ölü, 5 yaralı var - Yenilənib





