Siyasət

Düşmən Kəlbəcəri atəşə tutub

23 Avqust 2021 00:00
0 Şərh     Baxış: 3 163

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Milli.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.