Siyasət

Əfqanıstan prezidenti niyə qaçdığını açıqladı

16 Avqust 2021 11:10
1 Şərh     Baxış: 3 448

Əfqanıstaın artıq sabiq prezidenti, hazırda Tacikistanın paytaxtı Düşənbəyə sığınmış Əşrəf Qəni ölkədən qaçmasının səbəblərini "izah" edib.

Milli.Az bildirir ki, harada olduğunu açıqlamayan Əşrəf Qəni Twitter-də bunları yazıb:

"Düzgün qərar qəbul etdim. "Taliban" məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim", - o bildirib.

Əşrəf Qəninin ABŞ-a yollanmaq niyyətində olduğu vurğulanır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.