Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır - ŞİKAYƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda yerləşən özəl xəstəxanalardan biri olan "Leyla Medical Center"də mövcud olan fantastik qiymətlər və göstərilən xidmət arasında uyğunsuzluq vətəndaşın etirazına səbəb olub.
Milli.Az-a müraciət edən vətəndaş bildirir ki, ani diqqətsizlikdən yıxılıb və diz qapağı sınıb.
"Bundan sonra "Leyla Medical Center"ə üz tutdum. Əsas məsələ də bundan sonra başladı. Növbətçi uyğun həkim olmadığına görə həkimi evdən çağıracaqlarını bildirdilər və yerindəcə məndən "Həkimin evdən çağırışı" xidməti adı altında 100 manat ödəniş aldılar. Həmin vaxt məni kimi sınıq problemi ilə gələn 5 nəfər var idi, eyni həkimin evdən çağırılmasına görə hərəmizdən 100 manat aldılar.
.jpg)
1 saat həkimi gözlədikdən sonra həkim gəldi və rentgen lazım olduğunu bildirdi. Rentgenə görə isə 50 manat ödəniş etdim. Daha sonra gipsin qoyulması üçün isə 40 manat ödəniş etdim.
.jpg)
.jpg)
Ən sonda isə "gips altı pambıq" adı altında 86 manat almaq istəyirdilər, ona isə etiraz edəndən sonra guya mənə güzəşt etdilər, endirim olaraq 6 manat aldılar. Toplam da 1 saat ərzində göstərilən bu xidmətə görə 196 manat ödəniş etdim. Təbiki analyıram özəl xəstəxanadır, xidmətlər ödənişlidir, amma bu qədəri də insafsızlıqdır axı, həkimi evdən çağırmağa görə 100 manat istəyirlər, daha sonra həmin həkim resept yazanda da əlavə pul istəyirlər və göstərilən xidmət isə qiymətlə uyğun gəlmir qətiyən. 1 saat həkimin gəlməsini gözləmişik, övladım yanımda olmasaydı, orda məni palatadan palataya daşımağa belə adam yox idi. Kimə salam, verirsən pul istəyir, xəstəni bir palatadan digərinə aparmağa görə belə pus istəyirdilər".
Qeyd edək ki, "Referans Medical Group"un tərkibində fəaliyyət göstərən "Leyla Medical Center"in Tibbi direktoru Sevda Cəfərovadır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metro təmirinə görə istifadəyə verilən ekspres avtobuslar sərnişinləri qane edir? - (Video)
-
Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
-
Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
-
Acun Ilıcalı: “Varlılar motosikletə minmir”
-
Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
-
Gədəbəydə 1992-ci ildə törədilən qətl belə açıldı - (Video)
XƏBƏR LENTİ
-
Metro təmirinə görə istifadəyə verilən ekspres avtobuslar sərnişinləri qane edir? - (Video)
-
Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
-
Paltaryuyan maşına 3 top alüminium folqa atın - səbəb
-
Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
-
Bürclər üçün sentyabrın ən xoşbəxt günü
-
Acun Ilıcalı: “Varlılar motosikletə minmir”
-
Turşunun içinə 3 ədəd atın: Yumşalmır, uzun müddət xırçıltılı qalır
-
Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
-
Gədəbəydə 1992-ci ildə törədilən qətl belə açıldı - (Video)
-
Coli Ukraynada restoranda - (Foto)
-
Kiçik mağazaların sonu gəldi - səbəb
-
İran ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurub
-
Bakının 2 rayonunda işıq olmayacaq
-
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
-
ABŞ İranda toy keçirilən yeri bombaladı - Ölən və yaralananlar var - Yenilənib
-
Günün qoroskopu: Xərcləri tənzimləmək üçün əla gündür
-
71 yaşlı kişi 28 yaşlı oğlunu bıçaqladı - (Video)
-
Argentina “10” nömrəsini kimə həvalə edəcək?
-
Tramp: İran daha güclü zərbəyə məruz qalacaq
-
İran Hörmüz boğazının bağlandığını elan edib
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
-
"Sabah" braziliyalı futbolçu transfer etdi
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq





