Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Əziz dostlar,
Sizi - intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunan "Yüksəliş" müsabiqəsinin qaliblərini səmimi qəlbdən təbrik edirəm.
Müasir dövrdə hər bir fəaliyyət sahəsində yeni ideya və baxışlar tələb edilməklə yanaşı, elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə malik kadr ehtiyatlarının mövcudluğu vacib şərtlərdən biridir. Danılmaz həqiqətdir ki, peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur.
İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib.
Azərbaycan son illər ərzində bir çox uğurlara imza atıb, qələbələr qazanıb. Azərbaycan "qara qızılı" insan kapitalına çevirməyi bacaran ölkədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən bir çox göstəricilərə görə Azərbaycan dünya miqyasında ön sıralardadır. Ölkəmiz regionda həyata keçirilən bir sıra mühüm layihələrin təşəbbüskarı və iştirakçısıdır. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfər müasir tariximizin ən parlaq səhifələrini təşkil edir. Sözsüz ki, bütün bu uğur və qələbələrə biz xalqımızın zəngin insan potensialına arxalanaraq nail ola bilmişik.
Əziz dostlar,
"Yüksəliş" müsabiqəsi zamanın çağırışlarına cavab olaraq kadr ehtiyatının zənginləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Əminəm ki, dövlətimizin daimi diqqət və qayğısı ilə siz tükənməz enerji ilə çalışaraq müstəqil Azərbaycanın inkişafı naminə hər zaman öz töhfələrinizi verəcəksiniz. Sizi bir daha təbrik edir, hər birinizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub
-
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
-
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
-
Bir həftə əvvəl kanalda batan yeniyetmənin (Fotosu)
-
Qalmaqallı həkimlə bağlı növbəti iddia - Xəstəni narkozsuz liposaksiya əməliyyatı edib (Video)
-
Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı
-
Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)
-
Azərbaycan–Almaniya tərəfdaşlığı: Enerjidən “yaşıl” iqtisadiyyata və tranzitə keçid
-
“Anamsız bizə çətindir” - “Arzum”un qızı
-
"Yeni oxuyan tapıb, ona görə məni atıb" - Nadir Qafarzadə
-
DÇ finallarında 48 ildən sonra ilk yaşanacaq
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
-
Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub (Foto)
-
Bülent Ersoy estetik əməliyyatdan sonra (Foto)





