Ermənistan sərhədə əlavə qüvvələr gətirmək istəyir
"Ermənistan 30 il idi ki bizim torpaqları işğal altında saxlayırdı, sərhədlərimizi pozurdular, yollar çəkirdilər, mədənlər salırdılar, elektrik və su xəttləri çəkirdilər. İndi bunların hamısının qarşısı alınıb, biz artıq sərhədlərimizi müəyyənləşdiririk".
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, nə vaxta qədər ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayacaq, atəşksəin pozulması halları da davam edəcək:
"Ermənilər Azərbaycanın öz haqqı olan özünə qaytarmasına alışmayıblar. Paşinyan da erməni cəmiyyətinə göstərmək istəyir ki, güya müqavimət göstərirlər. Ona görə atəşkəsi pozurlar.

Ermənistanın son zamanlar atəşkəsi pozması hallarının intensivləşməsinin bir başqa məqsədi də odur ki, sərhəddə üçüncü dövlətin qoşunlarını yerləşdirsin. Görürlər ki, Rusiya bu istəyə müsbət cavab vermir. Çünki Rusiya da anlayır ki, sərhəd ikitərəfli əsaslarla müəyyənləşməlidir. Paşinyan indi də Fransa və Amerikanı məsələyə qatmaq istəyir. Ona görə də vəziyyəti gərginləşdirir, atəşkəsi pozur ki, böyük dövlətlər reaksiya versinlər və gəlib Ermənistanı Azərbaycandan "qorusunlar". Amma bu mümkün deyil, çünki söhbət sərhəddin müəyyənləşdirilməsindən gedir. Nə vaxta qədər ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamayacaq, nə vaxta qədər ki, delimitasiya və demarkasiya işləri aparılmayacaq, çox təəssüf ki, atəşksəin pozulması halları da davam edəcək".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





