Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov
Emmanuel Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
O bildirib ki, rəsmi Yerevan Moskva və Parisin dəstəyi ilə ATƏT Minsk qrupunun "meyitinin" dirildilməsini daha da qətiiyyətlə tələb etməyə başlayıb: "Bununla da onlar Zəngəzur nəqliyyat dəhlizinin açılmasına mane olmağa çalışır".
Onun sözlərinə görə, kollektiv erməni-fransız fəallığının artıması çoxdan gözlənilən idi: "Gələn ilin yazında Fransada növbəti prezident seçkiləri keçirilməlidir. Son vaxtlar isə prezident Makronu daxili və xarici siyasi uğursuzluqlar təqib edir. Onun reytinqi seçicilərin dörddəbir hissəsi səvviyəsindədir və çoxpartiyalı Fransa üçün ciddi rəqəm olsa da, seçkilərdə qələbənin təmin olunması üçün kifayət deyil. Ermənistan Makronun siyasi uğursuzluqlar fonunda uğur səhifəsi ola bilər. Ona görə də özünün elektoral simpatiyaları naminə o, istənilən şəkildə, həm özünü, həm də Paşinyanı məmnun etmək üçün "erməni" kartını işə salacaq".
O.Kuznetsovun sözlərinə görə, erməni-fransız fəallığının artmasını Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Ermənistan səfəri və Aİ xətti ilə Yerevana 2,6 milyard dollar məbləğində vəsaitin ayrılması kontekstinə nəzərdən keçirsək, qrotesk-fantasmorik vəziyyəti yaranır: "Birincisi, 2,6 milyard avro nəhəng məbləğdir və Ermənistanın on illik büdcəsinə bərabərdir. Bu ölkə indiki vəziyyətində kifayət qədər istehsal gücünə malik deyil ki, həmin vəsaiti xarici bazarlarda satılması üçün məhsul istehsalına yönəldə bilsin. Avropa və Amerika üçün erməni malları prinsipcə, lazım deyil, Rusiyada və digər MDB ölkələrində isə qədərindən artıq məhsul satılmayacaq. Mən istisna etmirəm ki, Aİ-nin pullarının bir hissəsi Emmanuel Makronun seçki kampaniyasının keçirilməsi üçün "qara kassa"ya yönəldiləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





