Azərbaycan yenidən 120-dən çox ölkənin dəstəyini qazandı - Daha 1 il...
"Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi ilə əlaqədar Azərbaycanın bu quruma 2022-ci ildə bitməli olan sədrlik dönəmi ilə əlaqədar müraciət müsbət cavablandırıldı və sədrlik müddəti 1 illik də uzadıldı".
Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycanın sədrliyi dönəmində qlobal təşəbbüslər həyata keçirildi:
"Bu, həm də Qoşulmama Hərəkatına (özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat) sədrlik dönəmində Azərbaycanın effektiv və səmərəli fəaliyyətindən xəbər verir. Prezident İlham Əliyevin qlobal səviyyədə təşəbbüslərinə və səylərinə müsbət yanaşma, ona olan inam və etibardan xəbər verir. Bu, müsbət yanaşmanın növbəti təzahürüdür. Qeyd etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dönəmində bir sıra qlobal əhəmiyyətli tədbirlərə təşəbbüs göstərib və onların uğurla keçirilməsində iştirak edib. Qeyd etmək lazımdır ki, dünyada COVİD-19 pandemiyasının hələ ilkin çağlarda geniş yayıldığı bir dönəmdə Azərbaycan COVİD-ə qarşı mübarizə üzrə təmas qrupunun Zirvə görüşü formatında iclasını keçirtmişdi.
2020-ci ilin sonlarında - 3, 4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizə üzrə xüsusi sessiyası böyük uğurla keçirildi. Eləcə də cari ilin martın 22-də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilmiş qətnamə mühüm əhəmiyyətə malikdir və bu qətnamə ondan ibarətdir ki, pandemiyaya qarşı peyvəndlər ədalətli və bərabər bölüşdürülməlidir. Rəsmi Bakı peyvənd millətçiliyinə qarşı çıxır və burada inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan və yaxud inkişaf etməmiş dövlətlər arasında qeyri-bərabərliyin müşahidə olunması nöqteyi nəzərdən peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinin tərəfdarıdır.
Eyni zamanda, Hərəkatın tarixində ilk dəfə olaraq Azərbaycanın sədrliyi dönəmində qlobal təşəbbüslər həyata keçirilmişdir və burada həm pandemiya ilə bağlı həmrəyliyin və birliyin təşviq olunması, eyni zamanda Qoşulmama Hərəkatının ümumən nüfuzunun artırılması istiqamətində effektiv fəaliyyət müşahiə olunub.
Vətən müharibəsi dönəmində Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstək nümayiş etdirdilər. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərəzli münasibət var idi və bu dövlətlər Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyü mövqeyindən çıxış etmişdilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
-
Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub - (Foto)
-
Prezident İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib - (Foto)
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı





