Siyasət

Azərbaycanla Belarus arasında məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair müqavilə təsdiqləndi

15 İyul 2021 16:26
Baxış: 577

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" 2021-ci il mayın 18-də Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.