Siyasət

Azərbaycan Yaponiyada ticarət evi açacaq

13 İyul 2021 17:36
Baxış: 527

Yaponiyada Azərbaycanın ticarət evi açılacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) Milli.Az-a verilən məlumata görə, bunu Fondun rəhbəri Yusif Abdullayevlə görüşü zamanı Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada deyib.

O, iki ölkənin iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışaraq, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.