Siyasət

BMT Baş Assambleyasının Prezidenti Türk Akademiyasını ziyarət edib - FOTO

8 İyul 2021 21:52
0 Şərh     Baxış: 509

Bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası 75-ci sessiyasının Prezidenti Volkan Bozkır Beynəlxalq Türk Akademiyasına xüsusi ziyarət gerçəkləşdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ali qonağı Türk Akademiyasının prezidenti Darhan Kıdıralı qarşılayıb.

Qonağı Türk Akademiyasının kitabxanası və zəngin kitab fondu ilə tanış edən Akademiya rəhbəri Assambleya Prezidentinə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Volkan Bozkır Türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsində Türk Akademiyasının çox vacib rol oynadığını qeyd edib və səmərəli fəaliyyətə görə təşəkkürlərini çatdırıb.

Sonda ali qonağa Akademiyanın dəyərli nəşrləri hədiyyə edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.