Ermənistanda seçkilərdən sonrakı proseslər etiraz və qarşıdurmalar vəd edir
Ermənistanda seçkilərdən sonra baş verən proseslər ölkədə siyasi gərginliyin daha da dərinləşəcəyini, etiraz və qarşıdurmaların baş verəcəyini istisna etmir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclsin deputatı Afət Həsənova deyib.
Deputat bilirib ki, erməni mətbuatının yaydığı məlumatlardan aydın olur ki, seçkilər xeyli sayda saxtakarlıqla və qanun pozuntuları ilə keçib, çoxlu sayda şikayət var və qanun pozuntusu hallarının artacağı dəqiqdir: "Seçkilərdə iştirak edən siyasi qüvvələr arasında gərginlik getdikcə artmaqdadır. Əli Azərbaycan xalqının qanına bulaşmış Koçaryan seçkilərin nəticələrini qəbul etməyəcəyini bəyan edib. Baxmayaraq ki, Paşinyandan sonra Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku ən çox səs toplayan siyasi qüvvədir, onun seçkilərin nəticələrini tanımayacağını bəyan etməsi Erməmistanda ciddi siyasi gərginliyin və qarşıdurmaların baş verəcəyindən xəbər verir.
Məlumdur ki, Ermənistandakı siyasi qüvvələr müstəqil deyil və onlar xarici dairələr tərəfindən idarə olunur. Görünür, Koçaryanın havadarları onun seçkilərdə məğlubiyyəti ilə razılaşmır və Ermənistanda daha böyük təsir imkanları əldə etmək, hakimiyyətdə daha böyük qüvvə ilə təmsil olunmaq niyyətindədirlər. Bu baxımdan, onların sakit dayanacaqları və seçkilərin nəticələrini asanlıqla qəbul edəcəkləri mümkünsüz görünür. Seçkilərin nəticələrini qəbul etməmək isə əlbəttə ki, etiraz aksiyaları, qarşıdurmalar ilə ifadə olunacaq. Bu mənada, Ermənistanda revanşist və eksterimist qüvvələrin ölkəni qarşıdurmaya və ya vətəndaş itaətsizliyinə sürükləyəcəyi istisna deyil".
Deputat vurğulayıb ki, bütün bu hadisələr Ermənistan dövlətçiliyini ciddi təhlükə qarşısında qoyur: "Siyasi böhranla yanaşı, dərin sosial-iqtisadi böhran yaşayan Ermənistanda siyasi gərginliyin daha da dərinlşməsi ölkədə vətəndaş qarşıdurmasının baş verəcəyi mümkünlüyünü daha da artırır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)





