YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
İyunun 22-də Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.
Partiyadan Milli.Az-a verilən məlumata görə, yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.
Daha sonra yığıncağın gündəliyi təsdiq olunub. İlk olaraq, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı təqdim edən YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayev bildirib ki, təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı ilə sıx əməkdaşlıq edib. YAP Həmkarlar İttifaqı Komitəsi iş planına uyğun olaraq müxtəlif xarakterli tədbirlərin həyata keçirilməsini təmin edib, eyni zamanda işçilərin sosial müdafiəsinin və istirahətinin təmin olunması istiqamətində müvafiq addımlar atıb. Bununla belə, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması mümkün olmayıb.
Yığıncaqda daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş komissiyasının sədri Mahir Abbasəliyevin hesabatı dinlənilib.
Hər iki hesabatın müzakirəsi zamanı yığıncaq iştirakçılarından Misirxan Vəliyev, Bəhruz Quliyev, Məhəmməd Məhərrəmov və Zəkiyə Musayeva çıxış edərək Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaqda çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin nümunəvi təşkilatlardan biri olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi ilə sıx əməkdaşlıq edəcək.
Yığıncaqda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 11, Təftiş komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirnin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Yığıncaqda həmçinin, YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





