Azərbaycanın İƏT ilə əlaqələri yüksək dinamika üzərindən irəliləməkdədir - Deputat
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin əsas və fəal üzvlərindən biridir. Bu mötəbər təşkilatla daimi əlaqələr quruma üzv olduğumuz ilk gündən bəri sürətlə inkişaf edib və hazırda da həmin inkişaf yüksək dinamika üzərindən irəliləməkdədir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, 2-ci Qarabağ savaşında da İƏT Azərbaycana tam mənəvi dəstək göstərdi: "Xüsusən, qardaş Türkiyə və Pakistanın rolunu qeyd etmək istəyirəm. Həmin vaxtlar, yəni Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün evləri, eyvanları, küçələri Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünmüşdü, həmin bayraqlar yanaşı dayanırdı və bu birlik həqiqətən çox böyük, dəyərli və qiymətlidir. Üstəlik, müharibədən, Azərbaycanın qələbəsindən sonra məlum birlik daha geniş formatda inkişaf etdirilir və İƏT-ə daxil digər ölkələr də bu aspektdə istisna deyil. Əsas da o səbəbdən ki, İƏT bütövlükdə Azərbaycanın haqlı mövqeyini və maraqlarını daim müdafiə edən təşkilat olub, elə ancaq son illərdə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən yuxarı qətnamə qəbul edib, daim ədalətli mövqe bildirib, adekvat reaksiya sərgiləyib".
Deputat vurğulayıb ki, ermənilərin Qarabağda törətdikləri vəhşilik, vandalizm ümumilikdə bütün İslam dünyasına qarşı törədilib: "Faktlar ortadadır, həmin vəhşiliklər gözlə görünən yerlərdə və məsafədədir. Hətta bu faktlar Azərbaycan tərəfinin təşəbbüsü ilə toplanaraq nəşr halına da gətirilib və İƏT-in diqqətinə çatdırılıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin pandemiya dövründə də bərabərlik və həmrəyik nümayişi olduqca qürurvericidir. Digər qürurverici məqam isə Azərbaycanın həmin məsələdə əsas təşəbbüskar rolunda çıxış etməsidir. Bildiyiniz kimi, həm humanitar yardımların təminatı məsələsində, həm vaksinlərin bərabər paylanılması mövzusunda, həm də COVİD-19-a qarşı faydalı və təkmil mübarizənin aparılması sahəsində Azərbaycan əsas ideya verən tərəf idi və bu məqam ölkəmizin Beynəlxalq Təşkilatlardakı yüksək nüfuzunun, mövqeyinin növbəti göstəricisidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq





