"Ermənistanın 97 min minanın xəritələrini verməsi Ali Baş Komandanın iradəsinin nəticəsidir"
Ermənistanın 97 min minanı özündə əks etdirən xəritəni təqdim etməsi Azərbaycan Prezidentinin bölgədə yaratdığı yeni reallığın nəticəsidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi daha bir diplomatik qələbəmiz - Ali Baş Komandanın iradəsinin nəticəsidir:
Azərbaycan 97 min mina xəritəsi müqabilində, 15 ermənini təhvil verib
"Bundan əvvəl Azərbaycan tərəfinin erməni əsirlərinin qaytarılması ilə bağlı gördüyü işlər humanist dəyərlər və siyasətimizdən irəli gəlirdi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarı qəbul etməsi ilə ermənilərin ümidləri puç oldu. Beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını görən düşmən bir daha bizimlə anlaşmağa, tələblərimizi yerinə yetirməyə məcbur oldu".
Deputat bildirib ki, Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhllükəsizliyi və həyatının bizim üçün dəyərli olmasını göstərdi:
"Anlaşma eyni zamanda tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün böyük töhfə verəcək. Ümid edirəm ki, bütövlükdə cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əssasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhtəlikləri yerinə yetirəcəkdir. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq





