Siyasət

ATƏT-in sədri Azərbaycanın dünənki humanist addımını alqışladı

13 İyun 2021 12:19
Baxış: 732

ATƏT-in sədri, İsveç Xarici İşlər naziri Ann Linde azad edilmiş Ağdam rayonunda minalanmış ərazilərin xəritələri müqabilində saxlanılan 15 erməninin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasını alqışlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə A.Linde öz "Twitter" səhifəsində yazıb:

"15 saxlanılan şəxsin bu gün Ermənistana qayıtmasını və ərazilərin təmizlənməsinə töhfə verəcək məlumatların Azərbaycana ötürülməsini alqışlayırıq. Bu, ATƏT və ATƏT-in İsveçdəki nümayəndəliyinin sədrliyinin dəyərini göstərir. Bu etimad Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar üçün bir atmosfer yaratmağa kömək edə bilər. Gürcüstan, ABŞ və Avropa Birliyi ilə işləməkdən məmnunuq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.