Siyasət

Paşinyan: "Oğlumu Bakıya təklif edirəm"

8 İyun 2021 23:33
Baxış: 5 488

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan rəsmi Bakıya hazırda Azərbayandja saxlanan erməni diversantları oğlu Aşotla mübadilə etməyi təklif edib.

Milli.Az Ermənistan mətbuatına istinadən bildirir ki, N.Paşinyan bu bəyanatı parlament seçkilərindəki əsas rəqibləri - Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın ittihamlarına cavab olaraq yayıb.

"Rəsmən bildirirəm ki, Bakıya təklif edirəm - bütün əsirlərin əvəzinə oğlumu götürün. Rəsmən deyirəm. İnsan alış-verişi üzrə mütəxəssis olan Serjiklə Robik - sizə bu məsələ ilə danışıqlar aparmaq səlahiyyəti verirəm", - Paşinyan bildirib.

N.Paşinyanın sözlərinə görə, bu bəyanat emosional halda səslənməyib: "Köçəryanla Sarqsyan bu məsələdə bir neçə min dollar qazana biləcək insan alverçiləridir. Elə sizə layiq işdir".

N.Paşinyanın oğlu Aşot Paşinyan da Facebook səhifəsində status paylaşaraq atasının təklif etdiyi mübadiləyə hazır olduğunu vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.