Ermənistanı yeni təxribatlara hazırlayırlar - ŞƏRH
"İki Azərbaycan jurnalistinin ermənilərin basdırdığı minaya düşərək həlak olmasına beynəlxalq təşkilatların əlaqədar və samballı böyük dünya dövlətlərinin bugünə qədər reaksiyasız qalması və yaxud da yetərli reaksiya göstərməmələri eynən Azərbaycana qarşı 30 il davam etmiş açıq erməni təcavüzünə laqeyd və saymaz yanaşmanın məntiqi davamıdır. Çünkü əslində atrəşkəs müqaviləsi imzalansa da hələlik Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi bir fakt kimi ortadadır".
Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, azərbaycanlı jurnalistlərin 4 gün əvvəl Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmasına dünya təşkilatlarından və dövlətlərindən qətiyyətli reaksiya görmədik:
"Belə şəraitdə vaxı ilə erməni işğalçılarının ölkəmizdə basdırdıqları minaların təmizlənməsi üçün gərəkli addımları atmaması, Azərbaycanın haqlı tələblərinə baxmayaraq bu xəritələri təqdim etməməsi əslində erməni təcavüzünün başqa bir formada davam etməsindən başqa bir şey deyil. Belə şəraitdə Azərbaycan jurnalistlərinin minadan həlak olması əslində erməni təcavüzündən Azərbaycanın dinc sakinlərinin və öz peşə borcunu yerinə yetirən insanların qətlə yetirilməsi anlamına gəlməyə əsas verir. Buna görə də dünya dövlətlərinin və bəzi beynəlxalq təşkilatların indiki şəratdə vəziyyətə qəti şəkildə uyğun hesab oluna bilməz. Bu, Ermənistanı yeni təcavüzkar addımlara ilhamlandırmaq və sövq etməkdən başqa bir şey deyil.
Xüsusi ilə fakt olaraq qeyd edim ki, ATƏT-in media azadlığı üzrə komissarının yanaşması daha absurd və anormal görsənir. Çünkü ortada fakt olsa da və Azərbaycan jurnalistlərinin ermənilərin basdırdığı minalardan həlak olması çox aydın olsa da ATƏT rəsmiləri hələ bu iş üçün məsuliyyətli olan şəxslərin istintaq nəticəsində aydınlaşdırılacağına ümidvar olduqlarını bildirirlər. Halbu ki, burada qeyri-müəyyən bir şey yoxdur. Azərbaycan öz ərazilərinə mina basdırmır və bizim ərazilərimizdə mina partlayışından həlak olan jurnalistlərin açıq-aşkar erməni təcavüzünün qurbanı olduqlarına heçkim şübhə etmir. Bu şəraitdə ATƏT-in məsələni qəlizləşdirməsi, bunun hansısa istintaq prosesinin nəticəsində aydınlaşdırılacağı barədə fikir bildirməsi əslində, məsələni uzatmaqdan başqa bir şey deyil. Halbu ki, real vəziyyət ATƏT-dən də, digər beynəlxalq təşkilatlardan da Ermənistanın bu məsələdə birbaşa məsuliyyət daşıdığı barədə aydın mövqe göstərməsindən ibarət olmalı idi. Çox təəssüf ki, dünya təşkilatlarından və dövlətlərindən biz buna qətiyyətli reaksiyanı görmədik. Amma Azərbaycan erməni təcavüzünün davam etdiyi indiki şəraitdə bu təcavüzə qarşı lazımı iradəni ortaya qoymaq gücündədir. Və beynəlxalq təşkilatların nə qədər laqeyd yanaşmasına baxmayaraq, Azərbaycana qarşı davam edən bu təcavüz faktları özünün lazımı hüquqi-siyasi qiymətini mütləq alacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
XƏBƏR LENTİ
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)





