Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi - FOTO

21 May 2021 19:44
Baxış: 1 017

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi "İnstaqram" səhifəsində paylaşım edib.

Milli.Az bildirir ki, paylaşımda deyilir:

"Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.