Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır - FHN
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) gənclər və idman naziri Azad Arif oğlu Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
Milli.Az-ın məlumatına görə, başsağlığında deyilir:
"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov ömrünün 57-ci baharında vəfat etmişdir. Ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin dəst-xəttinə, Azərbaycanın dövlətçilik ənənələrinə sadiqliyi, çalışdığı məsul vəzifədə nümayiş etdirdiyi yüksək peşəkarlıq onun Azərbaycanın milli maraqlarının qorunması naminə fəaliyyətində xüsusi rol oynamışdır. Azad Rəhimovun ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində fəaliyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.
Azad Rəhimov gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafında, gənclərin vətənpərvər, dövlətinə sədaqətli, savadlı, sabahın layiqli vətəndaşları kimi yetişməsində, onların ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunmasında yaxından iştirak etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramlarının uğurla həyata keçirilməsində, Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsində, ölkəmizdə böyük idmançı ordusunun formalaşmasında, idmanın kütləviliyinin təmin edilməsində onun xüsusi xidmətləri olmuşdur. Dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilən Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi, ölkəmizdə Avropa, dünya çempionatlarının yüksək səviyyədə təşkili, beynəlxalq idman qurumları ilə əlaqələrin inkişafında Azad Rəhimov üzərinə düşən məsuliyyəti dərindən dərk edərək bilik və bacarığını əsirgəməmişdir.
Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edib - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)





