ABŞ qondarma "erməni" soyqırımını tanısa... - Politoloq
ABŞ qondarma "erməni" soyqırımını tanısa, bu, Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Politoloq qeyd edib ki, erməni lobbisinin illərlə Türkiyəyə qarşı əsassız iddiaları qarşısında alnıaçıq olan Türkiyə öz tarixinə güvənir və heç bir "erməni soyqırım"ının olmadığını hər zaman qətiyyətlə ifadə edərək bildirir ki, 1915-ci il hadisələri ilə əlaqədar olaraq arxivlər açılsın və araşdırılma aparılsın:
"Bu il də Türkiyənin Prezident Administrasiyası məsələ ilə bağlı qətiyyətli mövqeyini ortaya qoyaraq bildirdi ki, ABŞ Türkiyənin simasında həqiqi müttəfiqlə uydurulmuş tarix arasında seçim etməlidir. Belə ki, ABŞ qondarma "erməni" soyqırımını tanısa, bu, Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alacaq.
Əvvəla, qondarma "erməni soyqırımı" tanınsa istər ABŞ, istərsə də NATO Yaxın Şərq və Aralıq dənizində ən mühüm müttəfiqi olan Türkiyəni itirəcək. Digər tərəfdən, ABŞ kimi böyük güc xarici siyasətində öz maraqlarını prioritet olaraq müəyyənləşdirir ki, düşünmürəm ki, bir qrup erməninin maraqlarını təmin etmək üçün regional və beynəlxalq gücü getdikcə artan bir Türkiyəni qarşısına alsın. Odur ki, böyük maraqlar uğrunda mübarizənin bu qədər pik zamanında ABŞ qondarma "erməni" soyqırımını tanımaqla Vaşinqtonla Ankaranın gələcək münasibətlərini təhdid altına alınmasını gözə almaz".
Ş.Həsənova bildirib ki, digər bir tərəfdən, erməni lobbisinin illərlə Türkiyə və Azərbaycana qarşı apardıqları kampaniya baş tutmadı, bunun ardınca Azərbaycanla müharibədə biabırcasına uduzan erməni lobbisi və müxtəlif maraqlı xarici qüvvələr qəzəblərini və nifrətlərini revanşist əməllərdə büruzə verərək saxta iddiaları ilə beynəlxalq ictimai rəyi yenə də manipulyasiya etməyə çalışırlar ki, o da alınmır. Elə son günlərdə AŞPA-nın yaz sessiyasında yaşanan hadisələr də bu maraqlı xarici qüvvələrin istəklərinin və cəhdlərinin təzahürü kimi başa düşülməlidir:
"Məsələnin bir digər üzü Azərbaycanla bağlıdır. Belə ki, ABŞ Prezidenti Co Baydenin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə son məktubu göstərdi ki, ABŞ regionda Azərbaycanın yaratmış olduğu yeni reallığı qəbul edir, post-müharibə dövründə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasətə və islahatlara dəstəyini ifadə etdi. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bildirir ki, bu gün dünyada güc faktoru önəmlidir. Yəni hər kəs güclünün yanında olmaq, onu dəstəkləmək istəyir. Bu reallığı nəzərə alaraq bir tərəfdən ABŞ Administrasiyası aydın görür ki, Türkiyə getdikcə güclənən ölkə kimi onun əsas müttəfiqidir. Digər tərəfdən də güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin qarantıdır. Bütün bunların fonunda düşünmürəm ki, Prezident C.Baydenin qondarma "erməni soyqırımı" ilə bağlı səsləndirəcəyi müraciətdə "soyqırım" ifadəsi işlədəcəyi ehtimalı olsun. Çünki bu ABŞ-ın sadəcə Türkiyə ilə deyil, Azərbaycanla əlaqələrinə də ciddi zərbə vura bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
-
İlkin Həsənidən bloqer xanımına bahalı hədiyyə - (Video)
-
Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub - (Foto)
-
Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
U-17 qızlarımızın ilk sınağı ağır məğlubiyyətlə başa çatdı
-
Bakı-Naxçıvan-Bakı aviareysi təxirə salındı





