Düşməni peykdən izlədik - Azərbaycan hərb tarixinə düşdü
"Vətən Müharibəsinin çox ciddi, intensiv və şiddətli bir xarakterə malik olduğu kimsədə şübhə oyatmır. Təbii ki, bu qələbə bizim əsgərlərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına əldə olunub".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, 44 günlük müharibə vaxtı peykdən alınan görüntülər hərbi əməliyyatlarımızı zənginləşdirdi:
"Bu tarixi missiyanı bizim Azərbaycan oğulları, Azərbaycan əsgəri əldə edib. Lakin müharibədə qələbə qazanmaq üçün əsgərin vətənpərvərliyi, döyüşkənliyi hər şeyi həll etmir. Əsas faktorlardan biri müasir silah və sistemlərin əldə edilməsidir ki, biz artıq neçə illərdir buna hazırlaşırdıq, silahları əldə edirdik. Lakin digər bir fakt da müharibədə tətbiq olunacaq yeni silahlı mübarizə üsullarıdır. Yəni köhnə üsulları düşmən artıq bilir, onu qavrayıb, ona qarşı tədbirləri hazırdır. Lakin yeni metodlara qarşı müharibənin gedişində əks tədbirlər formalaşdırmaq kifayət qədər çətindir. Həm də müharibə dayanıb rəqibin nə zaman fəaliyyətlərinə qarşı mübarizə metodu formalaşdıracağını gözləmir, müharibə davam edir. Bu baxımdan Azərbaycan kifayət qədər ciddi addımlar ata bildi. Biz o yeni nəsil müharibələr deyirik, həmin o yeni nəsil müharibə quru və hava qüvvələrimizin koordinasiyalı, qarşılıqlı əlaqədə fəaliyyətini tənzimləməkdən ibarət olmalıdır. Bu fəaliyyətlər həm də peykdən alınan görüntülər vasitəsilə zənginləşdirildi. Zatən yeni nəsil müharibə dedikdə bu nəzərdə tutulur. Yəni kosmik qüvvələrin, yerüstü qüvvələrin, hərbi hava qüvvələrinin, artilleriyanın, bütün bunların kompleks şəkildə tətbiqi yeni nəsil müharibənin aparıldığını ortaya qoya bilir".
Ə.Verdiyev deyib ki, Azərbaycan Türkiyədən sonra yeni nəsil silahlardan döyüş şəraitində tətbiq edən ikinci ölkə olaraq hərb tarixinə düşdü:
"Ermənistandan Azərbaycan ərazisinə hərəkət edən bütün ehtiyyatları izləyə bilirdik. Bu bizim orbitdə yerləşən peykimizin hesabına idi. Pilotlu və pilotsuz vasitələrin qarşılıqlı əlaqəsi, daha konkret desəm pilotlu vasitənin hədəfdən 20 km aralıda raket buraxması, pilotsuz vasitənin isə həmən buraxılan raketi hədəfin istənilən nöqtəsinə sıfır yayınma ilə otuzdurması, ona çatdırması metodunu Azərbaycan çox uğurla tətbiq etdi və Türkiyədən sonra bunu döyüş şəraitində tətbiq edən ikinci ölkə olaraq Azərbaycan hərb tarixinə düşdü. Ümumiyyətlə yeniliklər çoxdur. Düşünürəm ki, bunlar araşdırılıb bir kitab halına salınıb çap edilsə daha yaxşı olar".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





