"Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib"
Prezident İlham Əliyev 2003-cü ildə prezident seçiləndə verdiyi vədlərin hamısını yerinə yetirib.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ən mürəkkəbi və çətini torpaqlarımızın işğaldan azad edilməsi məsələsi idi. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin məntiqi nəticəsidir:
"Bu qələbənin əldə olunması heç də asan məsələ olmamışdır. Demək olar ki, qələbəyə imza atılması üçün uzun hazırlıq yolunu keçməyə məcbur olduq. Düzdür, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişəni danışıqlar yolu ilə həll etməli idi. Amma münaqişəniN danışıqlar yolu ilə həll edilməsi üçün mandat verilmiş həmsədrlərin ikili standartlarla yanaşması, nəinki münaqişəni həll etmədi, hətta münaqişəni dondurmaq üçün var gücü ilə çalışmışdılar. Prezident İlham Əliyev təbii ki, bu prosesləri yaxşı görürüdü və lazım gələn anda müharibə yolu ilə işğala son qoydurmaq üçün böyük hazırlıq gördü.
Birinci növbədə ölkəmizin siyasi sabitliyini möhkəmlədən, xalqın milli maraqlarına söykənmiş dövlət siyasəti yürüdüldü. Ölkənin iqtisadi müstəqilliyinin təmin olunması vacib məsələ idi. Çünki biz heç bir ölkədən və beynəlxalq qurumdan asıllı olmamalıydıq ki, lazım gələn zamanda xarici təsirlərə məruz qalmayaq. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı bir neçə dəfə artdı, ölkəmizin kifayət qədər valyuta ehtiyatları yarandı və biz müxtəlif ölkələrdən ən müasir silahları alaraq silahlı qüvvələrimizi təchiz edə bildik.
Silahları aldığımız ölkələrin şaxələndirilməsi müharibə dövründə ordumuzun vaxtında təchizatında hər hansı bir problemi yaşatmadı. Dövlət büdcəsində hərbi xərclər əhəmiyyətli yer tutdu və Prezident İlham Əliyev öz çıxışlarında heç vaxt gizlətməyərək açıq şəkildə ordumuzu gücləndirdiyimizi və lazım gələrsə, öz gücümüzlə işğala son qoyacağımızı qeyd edirdi. Təbii ki, beynəlxalq ictimaiyyətə haqq səsimizi çatdırmalıydıq".
Deputat vurğulayıb ki, 2003-cü ilə qədər münaqişənin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyini əks etdirən ancaq BMT TŞ-nın 4 qətnaməsi mövcud idisə, son 17 ildə BMT Baş Assambleyası, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Şurası, TDƏŞ və digər bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsinin vacibliyi haqqında qərar və qətnamələr qəbul etdi:
"Azərbaycan bütün beynəlxalq ictimaiyyəti hüquqi müstəvidə mövqeyimizin ədalətli olduğu barədə məlumatlandırdı. Məhz 44 günlük Vətən müharibəsi dövründə Minsk Qrupunun həmsədr ölkələri BMT-də Azərbaycana qarşı qətnamə qəbul etdirməklə, sanksiyalar tətbiq etməklə mübarizəmizi dayandırmaq istəyirdilər. Amma Prezident İlham Əliyevin qeyd etdiyi kimi haqq işimizi başa çatdırana qədər bizi heç kim dayandıra bilməzdi. Azərbaycanın dünyadakı nüfuzu və dost ölkələrin sayının çox olması bu qətnamənin qəbul edilməsini gündəmdən çıxartdı.
Azərbaycanın müzəffər ordusu döyüş meydanında düşməni darmadağın etdi. Yeni açılmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilən məhv edilmiş düşmən texnikaları Azərbaycan ordusunun gücünü göstərir. Revanşist düşüncəli ermənilər bulvarda açıq səmanın altında nümayiş etdirilən texnikalarını görərək düşünməlidirlər ki, əgər yenidən müharibə baş verərsə, onların axırı bundan da acınacaqlı olacaqdır. Nümayiş olunan texnikalar qəhrəmanlıq səlnaməmizdir, qızıl hərflərlə yazılmış tariximizdir. Bu tarixi imzanı Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuz və xalqımız atıb".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı





