Erməni faşizminin sübutu olan Park - Dünyanın bir neçə ölkəsində belə muzey var - FOTO
Zəfər qazanmış bir çox ölkədə "hərbi qənimətlər parkı" mövcuddur.
Trend-in məlumatına görə, onlardan biri Vyanada yerləşən Hərbi Tarix muzeyidir. Sözügedən muzey 1850-ci ildə yaradılıb və ən qədim hərbi muzeylər sıransında dayanır. Burada bir çox ölkələrin qədim silah sursatları və o cümlədən, faşizm üzərində qələbə çaldıqdan sonra onlardan geri qalan qənimətlər saxlanılır.

Brusseldə yerləşən Kral müharibə muzeyində də 100 illər boyunca istehsal edilən, müharibələrdə iştirak edən eksponatlar saxlanılır. Belçikada yerləşən bu böyük muzey Avropada yaxşı qorunub-saxlanılan muzeylərdən biridir. Kral müharibəsi muzeyində də faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Şəhərə gələn turistlər, buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur.

Prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Hərbi Qənimətlər Pakı erməni faşistləri üzərində qazanılan qələbənin təsdiqidir. Qənimətlər Parkında maketi qoyulan erməni əsgəri, onun üzərində olan geyimi və texnikaları Azərbaycan ordusu tərəfindən qələbə qazanıldıqdan sonra qənimət olaraq götürülüb. Bu cür muzey və belə təcrübə ilk dəfə deyil. Yuxarıda qeyd olunduğu kimi, bu kimi muzeylər dünyanın bir çox ölkələrində hələ ötən əsrlərdən bəri yaradılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Bakıda Hərbi Qənimətlər Parkının Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması təbii qəbul olunmalıdır. Çünki Qənimətlər Parkı Ermənistan ordusunun necə darmadağın edildiyini, bu ölkəyə uzun illərdən bəri təmənnasız verilən külli miqdarda hərbi texnikanın necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında "məğlubedilməzlik" mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyur:
"Hərbi Qənimətlər Parkı uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan, mənəvi, siyasi, hərbi deqradasiyanın son həddinə yuvarlanmış Ermənistan ordusunun və işğalçı təfəkkürünün, həyat tərzinin aynasıdır. Azərbaycan bu parkı salmaqla ermənilərə öz gerçək simaları ilə tanış olmaq, işğalçı təfəkkürdən, nifrətdən uzaq durmaq üçün özlərini tanımaq və utanc hissi keçirmək imkanı yaradıb. Ermənilərin ağlasığmaz vəhşiliklərinin, misilsiz cinayətlərinin ən bariz nümunəsi isə işğaldan azad edilmiş Azərbaycan əraziləridir. Dünyanın istənilən sivil xalqı törədilən bu cinayətlərdən utanc hissi keçirər, Azərbaycan xalqından və bütün bəşəriyyətdən üzr istəyərdi".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?





