Siyasət

İƏT Azərbaycana dəstəyini əsirgəməyib - Ceyhun Bayramov

8 Aprel 2021 20:24
Baxış: 447

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günündən hər zaman Azərbaycanın haqq mövqeyini dəstəkləyib, bu münaqişənin beynəlxalq hüquq prinsipinə, sərhədlərin toxunulmazlığı əsasında həll edilməsini dəstəkləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbayan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İƏT beynəlxalq hüquqa əsasən, Azərbaycanı dəstəkləyən mövqeyini əsirgəməyib: "Münaqişə ilə bağlı təşkilat tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul edilib. İƏT səfirləri Ağdama, Gəncəyə və digər ərazilərə səfər ediblər, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin şahidi olublar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.