Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2019-cu ilin oktyabr ayında Bakıda keçirilmiş VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçmişdir.
Azərbaycan tərəfi Türk Şurasına sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl səylər göstərir. 2020-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına həsr olunmuş videokonfrans vasitəsilə fövqəladə iclası keçirilmişdir ki, bu iclas beynəlxalq təşkilatların pandemiyaya həsr olunmuş və dövlət başçıları səviyyəsində keçirilmiş ilk iclası idi.
Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın təşkilata sədrliyi dövründə indiyə kimi nəqliyyat, səhiyyə, iqtisadiyyat, gömrük, miqrasiya, energetika və turizm sahələrində məsul nazirlərin iclasları təşkil olunmuşdur.
Türk Şurası çərçivəsində əməkdaşlığın əhəmiyyətli istiqamətlərindən biri də informasiya və media sahəsində əməkdaşlıqdır.
Türk Şurasının 2014-cü ilin iyun ayında Bodrumda keçirilmiş IV Zirvə Görüşündə təşkilat çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq prosesinin başladılmasına dair dövlət başçıları tərəfindən verilmiş göstərişə uyğun olaraq, 2015-ci ilin avqust ayında Astanada Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 1-ci toplantısı keçirilmişdir.
Türk Şurasının 2015-ci ilin sentyabrında Astanada keçirilmiş V Zirvə Görüşünün mövzusu informasiya və media sahəsində əməkdaşlıq olmuşdur.
2019-cu ilin may ayında Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 2-ci toplantısı keçirilmişdir.
Türk Şurasının 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş VII Zirvə Görüşünün yekun Bəyannaməsində informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin, milli televiziya kanalları və xəbər agentlikləri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Azərbaycanın Türk Şurasına sədrliyini nəzərə alaraq, Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısının 10 aprel 2021-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır. Toplantıya hazırlıq məqsədilə aprelin 9-da Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun 8-ci iclası təşkil olunacaqdır.
Toplantı çərçivəsində Azərbaycana səfər edəcək nümayəndə heyətləri və onların rəhbərləri:
Türkiyə Respublikası - Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun;
Qırğız Respublikası - Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev;
Özbəkistan Respublikası - Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev;
Qazaxıstan Respublikası - İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov;
Macarıstan - Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray;
Türk Şurasının Katibliyi - Baş katib Bağdat Amreyev.
Toplantı çərçivəsində digər məsələlərlə yanaşı türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunacaqdır.
Tədbirin 3-cü günündə aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə və Gəncə şəhərinə səfər edəcəklər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





