Putin "kapitulyantı” niyə xilas edir?
Ermənistan baş naziri Nikol Paşinyan tezliklə Moskvada Putinlə görüşəcək və bu səbəbdən məcburi özünütəcrid rejiminə (koronavirusa yoluxmasın deyə) keçib. Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Ermənistanda iyunda keçiriləcək növbədənkənar seçkilərdir.
Milli.Az virtualaz.org-a istinadla xəbər verir ki, "Moskovskiy Komsomolets" qəzeti "inqilabçı və qərbyönümlü siyasətçi" Paşinyana Moskvanın indiki dəstəyinin səbəblərini araşdırıb. Hansı ki, müharibədən əvvəl Moskvada Paşinyana münasibət heç də yaxşı deyildi və onu Rusiyaya yad adam hesab edirdilər.
Müəllif Mixail Rostovski yazır ki, bu yaxınlarda Ermənistan hərbi rəhbərliyi Paşinyana publik qaydada etimadsızlıq nümayiş etdirəndə və onun istefasını tələb edəndə bu, bir çoxlarına hərbi çevrilişə hazırlıq kimi göründü. Lakin erməni hərbi elitası Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün qəti addımlar atmadı, çünki Moskvadan bunu etməmək haqda siqnal aldılar. "Mötəbər mənbənin məlumatına görə, Rusiya çox incə, amma israrlı formada Yerevan hərbi rəhbərliyinə çatdırıb ki, hakimiyyəti güc yoluyla dəyişdirməsinlər. Bəs nəyə görə Moskva aşkar qərbyönümlü mövqeyə malik liderə öz kömək əlini uzatdı? Bu yaxınlarda başa çatmış hərbi əməliyyatlar dövründə Putin və Paşinyan məcburən bir-birlərini daha yaxından tanımalı oldular. Hərdən onlar gündə beş-altı dəfə telefonla danışırdılar. Lakin məsələ əlbətdə ki, liderlərin bir-birinə bu təmaslar zamanı yaranan qarşılıqlı simpatiyasında deyil",- müəllif bildirir.
Bəs o zaman Putin Paşinyana niyə dəstək verir və onu hakimiyyətdə saxlayır? Rusiyalı şərhçi bu suala cavab tapmağa çalışaraq qeyd edir ki, indiki Ermənistan baş naziri "məğlubiyyətin atasıdır". Onu yaxın gələcəkdə həmin postda əvəz edən hər hansı siyasətçi də faktiki olaraq "məğlubiyyətin atası" olacaq.
"Əgər Ermənistan üçün ekstremal və intihara bənzər ssenarini (revanşı) istisna etsək o zaman ölkənin hazırda manevr imkanı qalmayıb. O, Azərbaycanla ağrılı razılaşma ilə nəzərdə tutulan çox dar dəhlizlə getməyə məcburdur. Bu da Paşinyanın növbədənkənar seçkilərdə şansını artırır. Rusiyanı o qədər də sevməyən siyasətçinin imici Kremlin nəzərlərində onun cəlbediciliyini kəskin artırır. Bu necə ola bilər axı? Məsələ belədir ki, aşkar rusiyameylli siyasətçinin Yerevanda hakimiyyət başında olması Moskvanı Ermənistanın üzləşdiyi milli fəlakətə görə məsuliyyəti bölüşməyə məcbur edəcək. Təbii ki, Moskva belə məsuliyyəti üzərinə götürməyə həvəsli deyil. Onu əvvəlcə Rusiyadan tam məsafə saxlayan, ancaq Ermənistan acınacaqlı vəziyyətlə üzləşəndə yenidən "sıraya qayıdan" Paşinyan tam qane edir",- qəzet yazır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





