Siyasət

Lavrov Ayvazyanla da görüşdü

1 Aprel 2021 21:31
Baxış: 923

Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada Ermənistan XİN başçısı Ara Ayvazyanla keçirdiyi görüşdə Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi məsələləri müzakirə edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər. Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetirilib", - məlumatda bildirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory