Siyasət

Paşinyan 20 aprel - 5 may tarixləri arasında istefa verəcək

30 Mart 2021 23:05
Baxış: 1 398

Ermənistanın baş naziri Nikol Paşinyan qanunverici orqanın buraxılması və iyunun 20-nə təyin edilmiş erkən parlament seçkiləri keçirilməsi üçün 20 aprel - 5 may tarixləri arasında formal olaraq istefa verməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Paşinyanın aparat rəhbəri Arsen Torosyan "Sputnik Armenia"ya bildirib.

"Milli Məclisin buraxılması və erkən seçkilərin keçirilməsi məqsədi ilə baş nazirin istefası şərtlərinə gəlincə, Torosyan bunun 20 aprel - 5 may arasında olacağını deyib. Bu müddət qanunla nəzərdə tutulub", - deyə məlumatda qeyd olunub.

Baş nazirin aparat rəhbri qeyd edib ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı qərargahına ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək. Qərargahın işini Torosyanın özü, ətraf mühit naziri Romanos Petrosyan və baş nazirin baş məsləhətçisi Araik Arutyunyan koordinasiya edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.