Siyasət

Azərbaycan ermənilərin yaşadığı ərazilərdə əməliyyatlar keçirə bilər - Ekspert rəyləri

19 Mart 2021 15:01
Baxış: 2 881

Ermənistanın tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıması faktının qarşısının allnmaması rəsmi Bakını olduqca narahat edir. 

Düşmən təxribatı davam edərsə yaxın gələcəkdə bölgədə hansı hadisələrin şahidi ola bilərik?

Ermənistanın 10 noyabr bəyanatına zidd addımı ilə bağlı Milli.Az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib:

"Ermənistan Respublikasının 10 Noyabrda imzalanan üçtərəfli birgə bəyanatın şərtlərinə zidd olaraq Azərbaycan ərazilərinə müxtəlif yollarla hərbçi göndərməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq". 

"Biz daha əvvəllər də bu tip hadisələrin müxtəlif konfiqruasiyada həyata keçirilməsinə cəhdlər ilə rastlaşmışıq. Əfsuslar olsun ki, əvvəlcə adıçəkilən bəyanatın 4-cü bəndində göstərilən tələbləri Rusiya sülhməramlıları da tam həcmdə yerinə yetirmir. 

Bəyanatın 4-cü bəndinə görə Rusiya sülhməramlıları əraziyə daxil olmaqla Qarabağda olan erməni silahlı qüvvələrini, əlində silah tutan istənilən ermənini həmin ərazidən çıxarmalıydılar. Bu erməni Liviya ermənisi də ola bilərdi, Qarabağ ermənisi də ola bilərdi, Ermənistan ermənisi də ola bilərdi. Əfsuslar olsun ki, davamlı olaraq həmin əraziyə ermənilərin daşınmasını nümayiş etdirən Rusiya sülhməramlıları indiyə qədər bir dəfə də olsun həmin ərazilərdən silahlıların və texnikanın çıxarılmasına aid bir dəfə də olsun rəsmi məlumat və ya görüntülər paylaşmayıb.

Azərbaycan isə artıq keçən ilin son aylarından, noyabrın son günlərindən başlayaraq bu barədə bir neçə dəfə ən yüksək səviyyədə öz iradlarını bəyanat formasında həm Rusiyanın, həm Ermənistanın, həm də beynəlxalq qurumların nəzərinə çatdırıb. Müşahidə etdiyimiz, baş verən hadisələr onu göstərir ki, bu bəyanatları Ermənistan müharibədən əvvəl olduğu bəyanatlar kimi hələ də ciddi dəyərləndirmir. Bu bəyanatların alt sətirini oxumaqdan imtina edir. 

Belə olan halda Azərbaycan tərəfi son antiterror təlimlərində əldə etdiyi təcrübəni Vətən Müharibəsindəki silahlı mübarizə metodları ilə sintez edərək ermənilərin yaşaması üçün nəzərdə tutulan ərazilərdə əməliyyatlar keçirə bilər. Çünki real vəziyyətdə ayrı çıxış yolu görünmür. Belə anlaşılır ki, Ermənistanın bəzi hərbi-siyasi rəhbərləri sözlə nəyisə anlamaqda çətinlik çəkir. Onlar güc, silah, təzyiq yolu ilə daha yaxşı anlayırlar".

Hərbi ekspert Heydər Mirzə isə Milli.Az-a açıqlamasında deyib ki, sülh müqaviləsi imzalanmayana kimi Ermənistan Qarabağa silahlıları göndərməkdə davam edəcək:

"Ermənistan güya Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşımasını dayandırıb, amma cəhd edirlər. Bu çox böyük bir mövzudur. Mənə elə gəlir ki, nə qədər ki orada qeyri-sabitlikdir, Ermənistanın bu cəhdləri hələ davam edəcək. Və nə qədər ki, bizimlə hələ hərtərəfli sülh müqaviləsi imzalanmayıb, ermənilərin bu cəhdləri barədə xəbərlərə tez-tez rast gələcəyik".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.