TBMM-in komissiya sədri: “Vətən müharibəsi dövründə dünyaya işğalçının kim olduğunu çatdırdıq”
Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova və Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşdük.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycana səfərlərinin yekunu ilə bağlı mətbuat konfransı keçirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç deyib.
A. Ç. Kılıç bildirib ki, bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət ediblər: "Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşdük. 44 gün davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Səfərimizin məqsədi Azərbaycana dəstək verməkdir".
TBMM-nin Xarici əlaqələr komissiyasının sədri qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Türkiyə Prezidenti ilk gündən Vətən müharibəsində dəstəyini ortaya qoyub. Türkiyədən Azərbaycana gələn hər bir şəxsə böyük məhəbbət və sevgi ilə yanaşıldığını gördük. Türkiyədə də Azərbaycana böyük məhəbbət, sevgi, qardaş münasibəti sərgilənir. Vətən müharibəsi dövründə dünyada Azərbaycana qarşı təbliğat aparmağa çalışdılar, biz bu səylərə qarşı çıxdıq. Azərbaycanla birgə bu səylərə qarşı uğurla mübarizə apardıq, dünyaya işğalçının, hücum edən tərəfin kim olduğunu çatdırdıq. Bütün dünya sülh və sabitlik tərəfdarının Azərbaycan olduğunu gördü".
A. Ç. Kılıç qeyd edib ki, işğaldan azad edilən Qarabağın yenidən qurulmasında Türkiyə Azərbaycan hər cür dəstək verəcəyini ortaya qoyub: "Türkiyədə də Azərbaycandan gələn nümayəndə heyətini sevgi ilə gözləyirik. Görüşdüyümüz bütün dostlarımız bizə evimizdə olduğumuzu bildirdilər. Onlara ürəkdən təşəkkür edirik".
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) Qaziantəp millət vəkili Derya Bakbak qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla, Azərbaycana birmənalı dəstək verilib: "Biz iki dövlət, tək millət kimi çıxış edirik. Azərbaycanla dil, mədəniyyət ortaqlığımız var. Qız istəməkdən yemək bişirməyə qədər bir çox ortaq mədəni dəyərlərimizin olduğunu gördük. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni durum yaranıb. Bu aspektdə bir dəmir yolunun çəkilməsi gündəmdədir. Azərbaycanlı tələbələr Türkiyədə təhsil alır. Türkiyədən bir çox şirkət Azərbaycanda fəaliyyət göstərir".
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, İYİ Partiyanın Bursa millət vəkili Ahmet Kamil Erozan Azərbaycanın inkişafına şahid olduqlarını, bunun da onu çox sevindirdiyini bildirib.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvü, MHP Kayseri millət vəkili İsmail Özdemir 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 30 illik işğala son qoyduğunu vurğulayıb: "44 günün sonunda Azərbaycan işğal altındakı torpaqlarını azad etdi. Azərbaycan hərb tarixinə keçəcək bir zəfər əldə etdi. Zəngəzur dəhlizinin yaradılması ilə Türkiyə və Azərbaycanın bir-birindən qopmaz parça olduğu bir daha görünəcək".
İsmail Özdemir Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman olduğu kimi geri çəkilərkən də dağıntı və vəhşiliklərə yol verdiyini söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
-
XİN-in diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları təsdiqlənib - Fərman
-
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
XƏBƏR LENTİ
-
Bakıdan Pirşağıya gedən sürət qatarı xarab olub
-
Bakıda atası yaşda kişilərdən gənc qıza qarşı anormal davranış - (Video)
-
Andrade “Qarabağ”ı tərk etdi
-
Abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
-
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
-
Son bir həftədə yaşıllıqlara 90 min manatdan çox ziyan dəyib
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
İsrail və Hizbullah atəşkəs barədə razılığa gəldi
-
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - (Foto-Video)
-
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu - (Video)
-
Vyetnama səfər edənlər üçün vacib yenilik: Elektron qeydiyyat tələb olunur
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama





