"Müharibə riski hər zaman var" - Heydər Mirzə
Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə və Pakistan hərbçiləri ilə birgə təlimlərində bir neçə mühüm məqam var.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

Ekspert bildirib ki, Ermənistanda baş verən xaos nəticəsində bizə qarşı gözlənilməyən "sürprizlər" ola bilər:
"Mühüm məqamlardan birincisi odur ki, birgə təlimlər həm də daxili təlimlər, bizim hərbi təlimlərimiz kimi öncədən razılaşdırılan proqramlar çərçivəsində (İllik proqram, yarımillik proqram) hazırlanır. Bunlar da bölünür rüblük təlim qruplarına və s. Birgə təlimlər də bunun əsasında həyata keçirilir.
Baxın, indi ilin əvvəlidir, həm də eyni zamanda, müəyyən mərhələ (müharibə) bitib, zəfər çalmışıq, siyasi vəziyyət, konteks dəyişib. Həm xronoloji olaraq, həm də mərhələ olaraq yanvar-fevral ayından Silahlı Qüvvələrimiz üçün yeni bir səhifə açılıb. Əminəm ki, bu təlimlərin planlaşdırılması prosesində müvafiq dəyişikliklər olunub. O dəyişikliklər ki, artıq müharibə bitib, torpaqlar azad olunub, hərbi-siyasi konteks dəyişib deyə bundan sonra prerspektivdə Azərbaycan Silahlı Qüvvələrinin təlim prosesində də, təbii ki, dəyişikliklər labüddür. Bu mənada hesab edirəm ki, gələcəkdə, yəqin ki, Azərbaycan komandanlığı təlimlərin planlaşdırılması, xüsusən də Türkiyə tərəfiylə birgə təlimlərdən söhbət gedirsə, daha çox "kontor gerilla", antiterror, antipartizan əməliyyatları, təhlükəsizliyin təminatı, minalardan təmizləmə və s. bu şeylərə daha çox diqqət yetiriləcək.
Bəli, müharibə riski hər zaman var, amma bu risk indi dəyişib. Əvvəl biz 44 günlük müharibə ərzində baş verən hadisələrə hazırlaşırdıqsa, bu da özünü təlimlərin xarakterində, mahiyyətində büruzə verirdi. Bundan sonra bizim qarşımızda olan təhlükələr fərqlidir. Çünki erməni ordusu artıq təhlükə deyil, amma ermənilər təhlükədir. Ermənilər də fərdi şəkildə özlərinin kollektiv təşkilatlanmasında heç də zəif deyillər. Və Ermənistanda baş verən xaos nəticəsində bizə qarşı gözlənilməyən "sürprizlər" olmasın deyə, Türkiyə tərəfinin təcrübəsindən yararlanmalıyıq. Türkiyənin bunda çox zəngin təcrübəsi var, xüsusən də cənub-şərqi, şərqi Anadoluda keçirilən antiterror əməliyyatları, Suriya təcrübəsi və s. Bundan sonra Türkiyənin bizimlə bölüşdüyü təcrübənin tərkibi dəyişəcək. Artıq 44 günlük müharibədəki hadisələr təkrar olunmayacaq. Gələcəkdə bizim qarşımızda ola biləcək risklər, gələcəyin müharibəsi artıq o 44 günlük müharibəyə bənzəməyəcək, çünki düşmənimiz də fərqli olacaq. Yəni, bunlar nəzərə alınmalıdır.
Bir neçə gün bundan qabaq elan olundu, Türkiyə tərəfindən 20 ədəd xüsusi yeni avtomatlaşdırılmış distant idarə oluna biləcək minalarda təmizləmə maşınları gətirildi. Bunların qiyməti bəlli deyil, çünki çox yeni modeldir və indiyə kimi heç hara satılmayıb. Ona görə də bunun bazar qiyməti bəlli deyil, amma bəllidir ki, Azərbaycana 20 ədədi satılıb. Bu razılaşma çərçivəsində eyni zamanda azərbaycanlı minalardan təmizləyənlərin təlimi də var idi. Yəni, Türkiyə tərəfi təkcə avadanlığı göndərmir, eyni zamanda, təlimlər də təşkil edir. Bu da "paket sazişi" şəklində gedir. Bunun özü də təsdiq edir ki, indiyə kimi ola bilsin ki, Türkiyə ilə tərəfdaşlıqda minalardan təmizləmə prioritet deyildi. Amma artıq qeyd etdiyim kimi, hərbi-siyasi konteksin dəyişməsi nəticəsində letal silah sistemlərin sifarişi də davam edir. Bilirik ki, Türkiyə tərəfi Azərbaycana silah satışını davam etdirir, bu razılaşma da artıq yenilənib".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
XƏBƏR LENTİ
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)





