Siyasət

Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir

5 Mart 2021 21:24
Baxış: 652

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində deyib.

Dövlət başçısı bildirib:

"Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.

Beləliklə, bir çox hallarda dediyim kimi, bugünkü qurultayı da bu sözlərlə yekunlaşdırmaq istərdim: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.