Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
"İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəsi ilə bağlı təşkilata üzv olan dövlət başçıları tərəfindən səslənən fikirlər qürurvericidir".
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, toplantıda irəli sürülən hər bir fikir, səslənən hər bir bəyanat onu sübut edir ki, Azərbaycan dövləti və xalqı sarsılmaz iradəsi və əzmi ilə işğalçılar üzərində əldə etdiyi zəfərinə görə həm də göstərilən dost, qardaş dəstəyindən də bəhrələnib: "Müharibə gedərkən, bizlər bir daha şahidi olduq ki, kimlər bizə dostdur, qardaşlıq münasibəti bəsləyir, kimlər isə əks-mövqedə dayanır. Məhz bu baxımdan, Zirvə toplantısında edilən çıxışlar vaxtı Prezident İlham Əliyevin qalib sərkərdə, xalqının müzəffər lideri olaraq qiymətləndirilməsi faktı da bu reallığı nümayiş etdirməkdədir. Baxın, dost və qardaş Pakistanın baş nazri cənab İmran Xanın qələbə münasibəti ilə dövlət başçımız İlham Əliyev cənablarını, xalqımızı təbrik etməsi, həmçinin çətin zamanlarda Zirvə toplantısının təşkilində göstərilən birgə səylərin uğur qazanması barədə irəli sürdüyü fikirləri, yaxud, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qələbəmizin bir dastan yazdığını vurğulaması, Şanlı Zəfər kimi qiymətləndirməsi, eləcə də Əfqanıstanın Prezidenti cənab Məhəmməd Əşrəf Qaninin qələbəmizi tarixi naliliyyət kimi dəyərləndirərək ölə başçımıza xitabən "Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi" kəlamını önə sürməsi kimi verilən yüksək dəyərlər isbat edir ki, artıq Azərbaycan qarşıda daha böyük qələbələrə, uğurlara və nailiyyətlərə imza atmaq əzmindədir - özünə dost bildiyi, qardaş saydığı, qarşılıqlı etimad olaraq qiymətləndirdiyi ölkələrlə çiyin-çiyinə".
"Deyərdim ki, İƏT-in Zirvə toplantısı həm də dünyaya nümayiş etdirilən bir çağırış oldu", qeyd edən siyasi ekspert bildirib ki, bu çağırışlar regionda sülhün, inkişaf və tərəqqinin, quruculuğun sistemli qaydada davam etdirilməsi olaraq da dəyərləndirilə bilinər və o cümlədən, işğaldan azad edilmiş ərazilərimizin bölgəmizə yeni nəfəs gətirəcəyini də bu mənada vurğulamaq olar: "Ümumiyyətlə, bu gün mövcud olan İlham Əliyev faktoru artıq yalnız İslam dünyası üçün deyil, həm də bütün dünyaya göstərilən yüksək nümunədir, qalibiyyət etalonudur. Bu baxımdan, Ona verilən yüksək qiymət, dövlət başçısı və Müzəffər Sərkərdə kimi verilən ali dəyərlər də qeyd edilən fikirləri tamamlayır. Artıq belə danılmaz gerçəklik də mövcuddur ki, İlham Əliyev faktoru qlobal və bəşəri problemlərin həlli üçün, regionda və dünyada sülhün, sabitliyin bərqərar olması üçün çalışan ən öndəgedən liderlər sırasındadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





