Ermənistanın yeni müharibəyə başlamağa gücü qalmadı - FOTO
"Ermənistanda olası bir hakimiyyət dəyişikliyinin 10 noyabr razılaşmasının icrasında hər hansı bir problem yaradacağı inandırıcı görünmür. Çünki Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentinin imza atdığı sənədə qarşı çıxmaq iradəsinə sahib deyil".
Bunu Milli.Az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Politoloq bildirib ki, erməni faşizminin başı əzilsə də, gələcəkdə hansı hadisələrin baş verib-verməyəcəyinə heç kəs zəmanət verə bilməz:
"Bu mənada, hətta ən qatı revanşist dairələr belə hakimiyyətə gələcəkləri təqdirdə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməzlər. Ona görə də Ermənistanda gedən proseslər regiondakı mövcud geosiyasi düzənə təsir edə biləcək imkana sahib deyil.

İkincisi, Ermənistan dövlət olaraq Azərbaycanla yeni bir müharibəyə başlamaq iradəsində və iqtidarında deyil. 44 günlük müharibə Ermənistanın təkcə hərbi müstəvidə rüsvayçı məğlubiyyəti ilə nəticələnmədi, bu müharibə həm də saxta və zərərli erməniçilik ideologiyasının məhv olmasına gətirib çıxardı. İllərdir təbliğ olunan qondarma miflər darmadağın edildi. Erməni xalqı Azərbaycan ordusunun qüdrətini və gücünü dərk etmiş oldu. Bir növ, ağır psixoloji travma aldılar. Fiziki və mənəvi baxımdan darmadağın olmuş bir dövlətin Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa güc tapacağını düşünmürəm.

Digər tərəfdən isə Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz olunması prosesi davam edir. Türkiyə ilə hərbi-texniki əməkdaşlığımız daha da genişlənir. Hədəf olaraq, qardaş ölkənin ordu modeli əsas götürülüb və bu istiqamətdə zəruri addımlar atılmaqdadır. Bütün bunlar ona görə edilir ki, biz hər bir ehtimalı nəzərə alaraq öz milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin etməliyik. Erməni faşizminin başı əzilsə də, gələcəkdə hansı hadisələrin baş verib-verməyəcəyinə heç kəs zəmanət verə bilməz. Düşmən nə vaxtsa qisas niyyətinə düşsə, "dəmir yumruğumuzu" öz başı üzərində hiss etməlidir. Bu mənada müdafiə potensialımızın getdikcə daha da artması gələcəkdə Ermənistanın müharibə arzularını cilovlayacaq səbəblərdən biri olacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





