Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Ermənistanda ola biləcək hakimiyyət dəyişikliyinin 10 noyabr razılaşmasının icrasında hər hansı bir problem yaradacağı inandırıcı görünmür. Çünki Ermənistanda heç bir siyasi qüvvə Rusiya Prezidentinin imza atdığı sənədə qarşı çıxmaq iradəsinə sahib deyil.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, bu mənada, hətta ən qatı revanşist dairələr belə hakimiyyətə gələcəkləri təqdirdə, 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin yerinə yerinə yetirilməsindən boyun qaçıra bilməzlər:
"Ona görə də Ermənistanda gedən proseslər regiondakı mövcud geosiyasi düzənə təsir edə biləcək imkana sahib deyil.
İkincisi, Ermənistan dövlət olaraq Azərbaycanla yeni bir müharibəyə başlamaq iradəsində və iqtidarında deyil. 44 günlük müharibə Ermənistanın təkcə hərbi müstəvidə rüsvayçı məğlubiyyəti ilə nəticələnmədi, bu müharibə həm də saxta və zərərli erməniçilik ideologiyasının məhv olmasına gətirib çıxardı. İllərdir təbliğ olunan qondarma miflər darmadağın edildi. Erməni xalqı Azərbaycan ordusunun qüdrətini və gücünü dərk etmiş oldu. Bir növ, ağır psixoloji travma aldılar. Fiziki və mənəvi baxımdan darmadağın olmuş bir dövlətin Azərbaycana qarşı yeni bir müharibəyə başlamağa güc tapacağını düşünmürəm".
C.Əhmədlinin fikrincə, digər tərəfdən isə Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz olunması prosesi davam edir:
"Türkiyə ilə hərbi-texniki əməkdaşlığımız daha da genişlənir. Hədəf olaraq, qardaş ölkənin ordu modeli əsas götürülüb və bu istiqamətdə zəruri addımlar atılmaqdadır. Bütün bunlar ona görə edilir ki, biz hər bir ehtimalı nəzərə alaraq öz milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin etməliyik. Erməni faşizminin başı əzilsə də, gələcəkdə hansı hadisələrin baş verib-verməyəcəyinə heç kəs zəmanət verə bilməz. Düşmən nə vaxtsa qisas niyyətinə düşsə, "dəmir yumruğumuzu" öz başı üzərində hiss etməlidir. Bu mənada müdafiə potensialımızın getdikcə daha da artması gələcəkdə Ermənistanın müharibə arzularını cilovlayacaq səbəblərdən biri olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
XƏBƏR LENTİ
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər





