Siyasət

YAP-ın indiki tərkibi... - SİYAHI

2 Mart 2021 12:59
Baxış: 901

Xəbər verdiyimiz kimi, martın 5-də hakim partiya özünün növbəti qurultayını keçirərək YAP-ın rəhbərliyini təmsil edən İdarə heyəti və Siyasi Şurasının tərkibində dəyişiklik edəcək.

Milli.Az bildirir ki, qafqazinfo bu məqamda hazırda partiyanın rəhbər strukturlarında kimlərin təmsil olunduğuna bir daha nəzər yetirib. Bildirək ki, rəhbər strukturluğa Sədr müavinləri, Siyasi Şura, İdarə Heyəti, Mərkəzi Nəzarət Təftiş Komissiyası və İcra Katibliyi daxildir.

Partiyanın sədri Prezident İlham Əliyev, Sədr müavinləri isə birinci vitse-prezident Mehriban Əliyeva, YAP İcra katibi Əli Əhmədov, Baş nazirin sabiq müavini Əli Həsənov və sabiq AMEA prezidenti Akif Əlizadədir. 

YAP-ın İdarə Heyətinin tərkibində 20 nəfər var. Həmin şəxslərin siyahısını təqdim edirik:

1. İlham Əliyev - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

2. Hacıbala Abutalıbov - təqaüdçü

3. Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi

4. Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

5. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

6. Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

7. Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

8. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

9. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

10. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

11. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

12. Eldar İbrahimov - Milli Məclisin İntizam komissiyasının sədri

13. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

14. Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

15. Abel Məhərrəmov - akademik

16. Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

17. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

18. Arif Rəhimzadə - təqaüdçü

19. Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

20. Mixail Zabelin - Milli Məclisin deputatı

Siyasi Şuranın 84  nəfər üzvü isə aşağıdakılardan ibarətdir:

1. İlham Əliyev - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

2. İsmət Abasov - təqaüdçü 

3. Əli Abbasov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin müşaviri

4. Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti

5. Vaqif Abdullayev - təqaüdçü

6. Fatma Abdullazadə - təqaüdçü 

7. Hacıbala Abutalıbov - təqaüdçü

8. Elnur Aslanov - müvəqqəti işləmir

9. Hüseynqulu Bağırov - təqaüdçü

10. Azad Balayev - Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini

11. Tahir Budaqov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

12. Yaqub Eyyubov - Baş nazirin birinci müavini

13. Ağaəli Əhmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

14. Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi

15. Namiq Əhmədov - Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri

16. Sədrəddin Əkbərov - müvəqqəti işləmir

17. Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

18. Cəmil Əliyev - Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb xidmətinin rəisi, Milli Onkologiya Elmi Mərkəzinin direktoru

19. Əlibaba Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı 

20. Firdovsi Əliyev - Ekologiya və Təbii Sərvətlər nazirinin müavini 

21. Qafar Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı

22. Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini 

23. Vilayət Əliyev - Azərbaycan Dövlət Pedoqoji Universitetinin birinci prorektoru

24. Yaqub Əliyev - Bakı Baş Təhsil İdarəsinin şöbə müdiri 

25. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

26. Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

27. Akif Əlizadə - Yeni Azərbaycan Partiyasının Sədr müavini, AMEA Geologiya İnstitutunun direktoru

28. Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

29. Oqtay Əsədov - Milli Məclisin deputatı 

30. Ağabəy Əsgərov - "Azərbaycan" nəşriyyatının baş direktoru

31. Asif Əsgərov - Nəsimi rayon İcra Hakimiyyətinin başçısı

32. Şahlar Əsgərov - Bakı Dövlət Universitetinin professoru

33. Ziyafət Əsgərov - Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

34. Abdin Fərzəliyev - Nərimanov rayon İcra Hakimiyyətinin başçısı

35. Asəf Hacıyev - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi

36. İsa Həbibbəyli - Milli Məclisin deputatı

37. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

38. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

39. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

40. Aydın Hüseynov - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri

41. Hicran Hüseynova - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

42. Vaqif Hüseynov - təqaüdçü

43. İradə Hüseynova - Bakı Dövlət Universitetinin professoru

44. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

45. David İbrahimxəlilov - Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri

46. Məlahət İbrahimqızı - Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

47. Eldar İbrahimov - Milli Məclisin İntizam komissiyasının sədri

48. Sudeyf İmamverdiyev - Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri

49. Nazim İsmayılov - təqaüdçü

50. Süleyman İsmayılov - Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

51. Mirkazım Kazımov - "Qasid" firmasının prezidenti

52. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin müşaviri

53. Elmar Qasımov - Bakı Ali Neft Məktəbinin rektoru

54. Sədaqət Qəhrəmanova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

55. Xeyrəddin Qocayev - Prezident təqaüdçüsü 

56. Musa Quliyev - Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

57. Samirə Quliyeva - YAP Gənclər Birliyi sədrinin müavini, Azərbaycan Respublikası Nazirlər Kabinetində baş məsləhətçi

58. Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

59. Yaqub Mahmudov - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun sabiq direktoru

60. Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik 

61. Abel Məhərrəmov - akademik

62. Rafiq Məmmədhəsənov - təqaüdçü 

63. Novruz Məmmədov - Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor

64. Ramin Məmmədov - Milli Məclisin deputatı, YAP Gənclər Birliyi sədrinin müavini

65. Şahin Məmmədov - Masallı rayon İcra Hakimiyyətinin başçısı

66. Gülçöhrə Məmmədova - Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 

67. Misir Mərdanov - Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru

68. Aydın Mirzəzadə - Milli Məclisin deputatı

69. Bahar Muradova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 

70. Musa Musayev - müvəqqəti işləmir

71. Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini

72. Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri 

73. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

74. Seymur Orucov - Ağstafa rayon İcra hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri

75. Hüseyn Paşayev - Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri

76. Hadı Rəcəbli - müvəqqəti işləmir

77. Arif Rəhimzadə - təqaüdçü

78. Vüqar Rəhimzadə - "İki sahil" qəzetinin baş redaktoru

79. Dilarə Seyidzadə - təqaüdçü 

80. Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

81. Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

82. Rizvan Vahabov - təqaüdçü

83. Misirxan Vəliyev - Yeni Azərbaycan Partiyası İcra Katibliyində baş təlimatçı

84. Mixail Zabelin - Milli Məclisin deputatı

İcra Katibliyində 10 nəfər təmsil olunur: 

Sədr müavini - icra katibi Əhmədov Əli Cavad oğlu

İcra katibinin müavini- Qurbanlı Mübariz Qəhrəman oğlu

Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri- Mirzəzadə Aydın Böyükkişi oğlu

Beynəlxalq əlaqələr şöbəsinin müdiri- Fətəliyeva Sevinc Həbib qızı

Mətbuat Xidmətinin rəhbəri- Paşayev Hüseyn Məmməd oğlu

İşlər İdarəsinin müdiri- Abbasəliyev Mahir Ziyad oğlu

Seçki administrasiyaları və bələdiyyələrlə iş sektorunun müdiri- İmaməliyev Asif Ağalar oğlu

Sosial media qrupunun rəhbəri- Vəlibəyov Ramil Vaqif oğlu

Gənclərlə iş qrupunun rəhbəri- Məmmədov Elmar Eldar oğlu

Sənədlərlə iş və statistika sektoru- Bədəlova Ramilə Alxan qızı

 Mərkəzi Təftiş Komissiyasının tərkibinə 15 nəfər daxildir:

1. Abbasəliyev Mahir 

2. Əliyev İlham 

3. Əliyev Rauf 

4. Hüseynova Sevinc 

5. İmaməliyev Asif 

6. Kərimov Tahir 

7. Quliyev Rasim 

8. Məmmədov Məhəmməd 

9. Nağıyev Muxtar 

10. Nəbiyev Bəxtiyar 

11. Nəbiyeva Aytən 

12. Novruzov Məhərrəm 

13. Osmanov Cavid 

14. Rəhmanov Rəşad 

15. Tağıyev Təmraz 

Sözügedən qurultayda yuxarıda qeyd olunan siyahının yenilənəcəyi gözlənilir.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.