"Paşinyan hazırda polisi, kəşfiyyat idarəsini və XİN-i nəzarətdə saxlamağa çalışır"
Nikol Paşinyan erməni cəmiyyətinə və rəqiblərinə göstərməyə çalışır ki, o müqavimətini davam etdirəcək, insanları bu gün mitinqə çağırması da bununla bağlıdır.
Bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Paşinyan və ətrafı çox çalışacaqlar ki, bugünkü mitinqə mümkün qədər çox insan toplansın:
"Müxalifət günlərdir Paşinyanı toqquşmayla qorxutmağa çalışır ki, bəlkə könüllü istefa verər, baş nazirin isə cavabı fərqli deyil: "Mübarizəyə hazıram, istefa verməyəcəm". Belə vəziyyətdə baş qərargah rəisi Onik Qasparyanın hansı addım atacağı diqqət mərkəzinə keçir. Əgər ordu Paşinyana itaət etmək istəmirsə, tanklarla, toplarla hərbi çevriliş həyata keçirməlidir. Yox, əgər hərbi çevrilişin insan ölümünə səbəb olacağını anlayaraq otaqlarından kənara çıxmayacaqlarsa, generalların öz aralarında fikir ayırlığı dərinləşəcək.
Paşinyan hazırda polisi, kəşfiyyat idarəsini və XİN-i nəzarətdə saxlamağa çalışır. Onlar görsələr ki, cəmiyyətdə Paşinyana dəstək kifayət qədərdir, generalların yanında yer almağa risk etməyəcəklər, ancaq cəmiyyətin Paşinyana dəstəyinin azaldığını hiss edən kimi tam əksinə qarşı tərəfə keçəcəklər. Bu, hər yerdə belədir, qurumlar güclünün yanında olmaq istəyirlər. Ona görə də Paşinyan və ətrafı çox çalışacaqlar ki, bugünkü mitinqə mümkün qədər çox insan toplansın".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)





