Siyasət

Ramiz Mehdiyevin qohumuna yeni vəzifə verildi

1 Mart 2021 09:38
Baxış: 2 112

Bir müddət öncə kompleks yoxlamalardan sonra vəzifəsindən çıxarılaraq sərəncama götürülən Suraxanı RPİ 31-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı İman Mehdiyevə yeni vəzifə verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İman Mehdiyev nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Bölmə rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət öncə Suraxanı RPİ-yə rəis təyin edilən Süleyman Nemətov idarəyə kompleks yoxlama çağırıb və nəticədə bir sıra yüksək rütbəli polislər vəzifədən çıxarılaraq sərəncama götürülmüşdü. Onlardan biri də 31 Polis Bölməsinin rəisi İman Mehdiyev idi.

İ.Mehdiyevin AMEA prezidenti Ramiz Mehdiyevin qohumu, qardaşı oğlu olduğu bildirilir.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.