Siyasət

Azərbaycan Prezidenti: Hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq

25 Fevral 2021 20:18
Baxış: 375

Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı "Signify" şirkətinin ölkəmizdə icra etdiyi layihələri qeyd edərək bildirib: "Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini həqiqətən də nümayiş etdirir. Bizim yeni planlarımız var. Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik. Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır".

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.